Page 7 - "Yolüstü söhbət"
P. 7
Beş-altı ildə dörd kitabı çapdan çıxmış, otuz beş yaşına qədər adını
Azərbaycan ədəbiyyatı tarixinə yazdıra bilmiş, şöhrətə aparan yolun keçdiyi
səhralıq boyu təmkinlə, haysız-küysüz, arxayın-arxayın, ancaq inadla,
inamla köçünü sürən yazıçının növbəti kitabının bir də – nə az, nə çox –
düz iyirmi beş ildən sonra işıq üzü görəcəyi kimin ağlına gələrdi onda?..
***
Bu illər boyu ədəbiyyatın, sənətin, qəlbin, vicdanın üstündən çəkil-
məyən qara buludlar mənim içimə düşən o gümüşü işığa kölgə sala
bilmədi. Sadayın “ilk” kitabını oxuyanda mən eynən Kafkanın hekayələriylə
tanış olan Markesin (yanılmıramsa, o zaman onun da on yeddi yaşı
olub) keçirdiyi duyğuların tilsiminə düşmüşdüm: demək, belə də yazmaq
olarmış, əgər bunlar ədəbiyyat üçün yarayırsa, demək, yazmağa dəyər...
Məsələ çox sadəydi: mən Sadayın hekayələrində yaşantılarımı yazıya
çevirməyin yollarını tapmışdım. Ona qədər daha çox öz təcrübəmə yad
olan mətləblərdən, özümün yox, özgələrin dərdindən (onları öz dərdimə
çevirə bilmədən) yazırdım. Saday Budaqlını oxuyandan sonra ədəbiyyata,
nəsrə baxışım dəyişdi, elə bil çoxdan əlimin altında yatan, ancaq dilini
bilmədiyim bir alətin nəyə yaradığını, ondan necə istifadə olunduğunu
mənə anlatdılar. Onun hekayələrindəki Heminqueysayağı “aysberqlər”,
bir cümlənin arxasından boylanan on cümlə, bir dialoqun arxasında
gizlənən on söhbət mənə nəyi yazmaq lazım olduğundan da çox, nəyi
yazmamaq lazım olduğunu öyrətdi. On səkkiz yaşımda yazdığım bir
hekayədə Sadayın təsiri açıq-aşkar görünür.
Onun qəhrəmanları böyük tarixi proseslərdən kənarda, gurultulu
ictimai-siyasi hadisələrdən uzaqda təkbaşına dolaşırlar. Onları hansısa
tarixi zərurət, ya kütlələrin hərəkətverici qüvvəsi işə salmır. Bu adamların
hansı zamanda, hansı dövrdə, hansı ölkədə yaşadığını da düzəməlli kəs-
dirmək olmur, elə bil tarix onları hardasa salıb itirib, ya da heç əvvəldən
karvana qoşmayıb. Zaman-məkan onlardan ötrü elə bir əhəmiyyət
daşımır, bu adamlar hayana getsələr, harada olsalar da, təhtəlşüurun
zirzəmisindən çıxa bilmirlər. Keçmişin çaxmağı çəkili tüfənginin lüləsi
bir an onların kürəyindən aralanmır, adına gələcək deyilən qəza-qədər
bir an onların yedəyini əldən buraxmır.
7