Page 5 - "Yolüstü söhbət"
P. 5
Otuz İldən sOnra

A radan otuz il keçib, ancaq o əl boyda kitabdan ürəyimə düşən
gümüşü işıq hələ də öləziməyib. “Yazıçı” nəşriyyatında “Müəl-
lifin ilk kitabı” seriyasından nəşr olunsa da, “Döngə” Saday Budaqlının
heç də ilk kitabı deyildi; bundan bir il qabaq, yəni 1984-cü ildə onun
Moskvada da “Uduş” (“Vıiqrış”) adlı hekayələr toplusu çapdan çıxmışdı,
üstəlik, həmin kitab sovetlər ölkəsində yaşayan gənc qələm adamlarının
ala biləcəyi ən nüfuzlu Maksim Qorki mükafatına layiq görülmüşdü.
Bu da hələ hamısı deyil; ona qədər Sadayın hekayələri Moskvada “Druj-
ba narodov” jurnalının, “Nedelya” həftəliyinin mükafatlarını da almışdı.
Bilənlər bilir: sovetlər dönəmində rus olmayan, ya da rusca yazmayan
bir gənc yazıçının öz vətənindən qabaq imperiyanın mərkəzində kitab
çıxartdırması, orada tanınması, parlaması çox müşkül məsələydi. O za-
man əyalətdən gələn cavan sənətkar Moskvada hansı uğurlara əl yetirə
bilərdisə, hansı mükafatlara yiyələnə bilərdisə, Saday Budaqlı öz istedadı,
zəhməti hesabına bunlara nail olmuşdu. Ancaq burada bir az da insaf-
sızlıq elədim, çünki təkcə əyalətdən gələnlərin yox, elə imperiyanın
mərkəzində doğulub-böyüyən gənclərin də Sadayın qazandığı ədəbi
uğurlara imza atması asan başa gələn məsələ deyildi.

Demək, Saday bir çox yurddaşından, nəsildaşından fərqli olaraq
Moskvada – Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu il-
ləri yelə verməmişdi. Tələbəlik illərindən sonra onun böyük paytaxtdan
kiçik paytaxta yetişmiş, bişmiş, tanınmış, bir sözlə, “hazır” yazıçı kimi
qayıtması indi mənə qədim Roma sərkərdələrinin zəfər yürüşündən
“əbədi şəhər”ə triumfal dönüşünü andırır. Bundan sonra qalırdı “Ro-
ma”da öz layiqli yerini, mövqeyini tutmaq. O vaxtlar harada yaşayır
yaşasın, hansı dildə yazır yazsın, bütün sovet yazıçılarının dünyaya
qapısı, pəncərəsi Moskvadan açılırdı; mənə – onun məktəbli oxucusuna

5
   1   2   3   4   5   6   7   8   9   10