Page 8 - "Yolüstü söhbət"
P. 8
Bu adamlar daim “döngə situasiyasında” yaşayırlar: qəfil qarşıdan
kimsə çıxacaq, ya da qəfildən nəsə baş verəcək. Çox vaxt onların adını
da bilmirik, görkəmindən, boy-buxunundan, yerişindən-duruşundan
da xəbər tutmuruq, çünki Sadayın personajı müdam öz dərisinin içində,
öz beyninin şırımları arasında, düşüncələrinin burulğanında yaşayır.
Qələmiylə can verdiyi adamlar onun dünyasında xəyal kimi, kölgə ki-
mi, təhtəlşüurun yeriyən obrazı kimi dolaşırlar. Onlara qıraqdan bax-
maq da olmur, çünki Sadayın bütün “kamera”ları personajların içində
qurulub, müəllif də, oxucu da dünyanı onların gözüylə görür. Personajların
başı üstündə yazıçı əli, müəllif zəhmi duyulmur – Saday Budaqlının
ədəbi demokratizmi bu mənada sərhəd tanımır. Onun əsərlərində
müəllifin yeri məsələsi Floberin dediyi sayaq həllini tapıb: “Allahın
təbiətdə iştirakı kimi – hər yerdə var, ancaq gözə görünmür”.

Doğrudan da, Saday Budaqlı “obyektiv” yazı manerasından uzaq
duran yazıçıdı; o, yaratdığı obrazları öz arxasınca çəkib aparmır, özü
onların ardınca gedir, özü onların izinə düşür, onların ömrünün
qaranlıq döngə-dalanlarına işıq tutur. Onun əsərlərində müəllif münsif
deyil, hakim deyil, olsa-olsa şahiddi. Sadayın yazıçı obyektivliyi də elə
onun danışdığı subyektiv tarixçələrin muxtariyyətində, göydəki ulduzlar
sayaq həm çox yaxın, həm də çox uzaq insanların yer kürəsi deyilən bir
şəbəkə içində var ola bilməsində özünü göstərir – “Şəbəkə” povestində
olduğu kimi. Bu əsərdə danışılan beş əhvalatdan (beş monoloq da demək
olar) sonra gələn yekun fəslin üç personajın iştirak elədiyi dramatik
formada verilməsi insanın əslində öz subyektiv dünyasında səmimi ol-
duğu, “obyektiv” sayılan aləmin Şekspirin dediyi teatrda qoyulmuş ri-
yakar tamaşadan başqa bir şey olmadığı qənaətini yaradır.

Kəskin süjet, macəraçılıq, kütləvi səhnələr, ictimai pafos – bunlara
Saday Budaqlı yaradıcılığında rast gəlmək olmaz. Onun əsərlərində za-
hirən, az qala heç nə baş vermir, çünki Saday insanın fiziki-bioloji,
dini-milli, ictimai-siyasi kimliyini yox, psixoloji kimliyini (bəlkə də nə-
liyini) araşdırır, yaratdığı personajların bioqrafik macəralarını yox,
psixoloji macəralarını qələmə alır. Bu əsərlərdə inqilablar, çaxnaşmalar,
ölümlər, qətllər, alçalmalar, alçaltmalar – hamısı insanın içində baş
verir. Onun qəhrəmanlarının başına nə gəlirsə, cəmiyyətin gözündən

8
   3   4   5   6   7   8   9   10   11   12   13