Page 79 - "Yolüstü söhbət"
P. 79
Qız yenə baxmalıydı. Əgər yenə uzun kirpiklərini qaldırıb
baxmasaydı, demək, onun bu dünyada qandığı heç nə yo-
xuymuş.

O, gözünü qızdan çəkmirdi. Qorxurdu ki, birdən qız
başını qaldırıb onun baxmadığını görsə, inciyər.

Qız gözünü kitabdan ayırdı. Uzun kirpiklərini qaldırdı.
Ağır-ağır... Elə bil kirpiklərilə dünyanı qaldırdı. Ha ki
qaldırdı, ha ki baxışları qovuşdu.

Qızın baxışları yandırmırdı. Bu gözlərə sakitcə baxmaq
olurdu. Qaynayan bulağa, yenicə çiçəklənmiş budağa
baxmaq kimi... Amma o, baxışlarını çox saxlayammadı.
Elə bil o gözlərdə, o çiçəklənmiş budaqda onun öz qorxusu
gizlənmişdi. Bu qorxu onu nədənsə qorumaq üçün çox
baxmağa qoymurdu. Amma yana baxan kimi, gözlərini
çəkən kimi qorxu itirdi və baxışları elə həmin andaca ehti-
rasdan halsızlaşmış qadın tək özünü unudurdu.

Vaqonda get-gedə adamlar çoxalırdı. Qatar hər dəfə
dayandıqca, minib-düşənlərin səsini eşitdikcə, qızın baxışları
bu adamlara zilləndikcə, o, narahat olurdu. Əgər əlində ix-
tiyar olsaydı, vaqona heç kimi buraxmazdı, qatarı son
dayanacağa qədər birnəfəsə sürdürərdi.

Arada yaşıl yaylıqlı qız yadına düşdü. Nə vaxtdı ona
baxammamışdı. Baxdı. Və qızın gözlərindəki od onu
yandırdı. Qız incimişdi ondan. Yəqin ki, incimişdi. Yəqin
ki, bayaqdan ona göz qoyurmuş, o qızın uzun kirpiklərinin
qabağında necə əzilib-büzüldüyünü gördükcə lap nifrət
eləyirmiş.

Hı.., gör ha, boşca yerdən özünə nifrət elətdirdi. Qızın
buna haqqı da var. Sözsüz, var! O da qızın yerinə olsaydı,
nifrət eləyərdi. Bayaq uzunkirpikli yoxuydu, onda mən
şiriniydim. İndi o var, daha nəyinə lazımam? Aldım,

79
   74   75   76   77   78   79   80   81   82   83   84