Page 80 - "Yolüstü söhbət"
P. 80
atdım. Doğrudan da, belə çıxır... Uzunkirpikli heç vecinə
də almırdı onu. Elə bil vaqonda o adda adam yoxuydu.
Sonra gördü yaşıl yaylıqlı baxır, başladı o da fikir verməyə:
baxırlarsa, maraqlanırlarsa, demək, nəsə var bu adamda,
maraqlanmağa dəyər.
Yox, yəqin ki, elə deyil. Uzunkirpikli rəqiblik həvəsinə
düşməyib. Sadəcə, xoşu gəlib ondan. İndi bir az gec ma-
raqlananda nə olar?!
Yaxşı, bəs indi neyləsin? Yaşıl yaylıqlını vecinə almasınmı?
Yox, bu da insafdan deyil. Heç insafdan deyil!
İşlər gör necə dolaşdı?! Zalımın balası əvvəldən daş
kimi oturmasaydı, vaxtında tərpənsəydi, belə də olmazdı.
Yenə özünü saxlaya bilməyib uzunkirpikliyə baxdı.
Ancaq ürəklə baxammadı. Yaşıl yaylıqlının gözləri onu
rahat qoymurdu. Elə bil onu salmışdılar qəfəsə, hamını da
yığmışdılar tamaşasına. Özü də tək qəfəsdə işıq yanırdı.
Dörd tərəf də qaranlıq. Qaranlıqda da gözlər. Gülünc
olduğunu sezdirməmək üçün qəfəsdəki adamın bircə çarəsi
varıydı – gözünü yummaq. Özünü elə göstərmək ki, güya
heç nə vecinə deyil.
O da bu çıxış yolunu seçdi. Həm qızların ürəyinə toxun-
mamaq üçün, həm öz ürəyini ağrıtmamaq üçün söz verdi
ki, daha heç hansına baxmayacaq.
Amma baxmamağa da ürək lazımıydı. Nə qədər fikrini
yayındırmağa çalışırdısa da, qızlar başından çıxmırdı.
Gördüyü heç nə fikrini tutub saxlamırdı. Gözünü bayırdan
çəkəndə də ancaq yerə baxırdı. Vaqonun içinə, ya kiməsə
baxmağa qorxurdu. Qorxurdu ki, qızlar başqa şey fikirləşər.
Çünki kino kameralarını öz üstündə hiss eləyirdi. Ona
görə hara baxsa da, bütün görkəmi, duruşu, təbəssümü
ancaq obyektivdə pis görünməmək üçün idi.
80