Page 85 - "Yolüstü söhbət"
P. 85
Kişi təkotaqlı evə göz gəzdirib qadına baxmadan dedi.
– Qapını ört.
Qadın heç nə eşitmirmiş kimi hərəkətsiz dayanmışdı.
Sonra kişinin sərt baxışlarını üzündə hiss eləyib bayıra
baxa-baxa qapını örtdü. Qorxa-qorxa örtdü. Elə bil qapını
örtüb kişi ilə bu evdə tək qalmaq onu qorxudurdu.
Balaca, rahat bir otaq idi. Və iki nəfərin yaşaması üçün
burada hər şey vardı: qaz pilətəsi, stol, üç stul, bir çarpayı,
bir də şkaf. Yorğan-döşək hələ açılmamışdı, bükülüb çar-
payının bir tərəfinə qoyulmuşdu. Şkafın yanında yerləşdi-
rilməmiş qab-qacaq gözə dəyirdi. Qapı döyüldü, sonra as-
tanada ev sahibi göründü. Alçaqboylu, dolu bir kişi idi.
– Xoş gəlibsiniz!.. Yaxşı rahatlana bildizmi? – qadına
tərəf boylandı. – Bəlkə bir şey lazımdı, qabdan-qaşıqdan,
çəkinib eləməyin...
Kişiyə kişi cavab verdi.
– Sağ olun... hələ ki, bir şey lazım deyil, lazım olsa, de-
yərik.
– Əlbəttə, elə də lazımdı. Mən də sizin qardaşınız, heç
vaxt utanmayın, – yenə qadına tərəf boylandı. – Utananın,
deyiblər, oğlu olmaz. – Qapıdan çıxa-çıxa, şit-şit gülümsədi.
Ev sahibinin otağa gəlməsi kişini yüngülləşdirmişdi.
Pencəyini çixarıb asılqana keçirtdi, özünü səliqəyə saldı,
pəncərəni açdı.
Payız təzə girsə də, hava soyuq idi. Bu soyuqluqda xo-
şagələn bir təmizlik də vardı.
Kişi jaketinin ətəyini çəkdi, qadına baxdı:
– Sənə nə olub?
– Heç... nəsə narahatam, qorxuram.
Kişi qadının nədən qorxduğunu hiss eləyirdi, ancaq bu
haqda danışmaq istəmirdi.

85
   80   81   82   83   84   85   86   87   88   89   90