Page 82 - "Yolüstü söhbət"
P. 82
Oğlan qızların ikisinə də baxırdı. Ayağını ayağının
üstünə aşırıb, arxayın-arxayın ikisinin də üzünə gülümsə-
yirdi. Elə bil qızlarla bir stol arxasında oturmuşdu və on-
larla çoxdan idi ki, tanışdı. Üçlük arasındakı bütün müna-
sibətlər də gün kimi apaydın idi. Ona görə baxışa və hərə-
kətə fikir vermək lazım deyildi, onsuz da məlumdu ki,
kimlə kimin arasında nə var, nə yox.

Bayaq yenicə tambura çıxanda arıq, bığlı bir oğlanın
uzunkirpikliyə baxdığını sezsə də, buna fikir verməmişdi.
İndi bığlının hələ də qızdan gözünü çəkmədiyini hiss elədi.
Bığlı elə bil bu boyda vaqonda uzunkirpiklidən savayı heç
kimi görmürdü. Gözləri ondaca mıxlanıb qalmışdı.

Ay səni, bığlı bəy, Allah sənə səbir versin, sənindəmi
könlündən keçir?.. Nədənsə, birdən ürəyinə damdı ki, bığlı
oğlanın belə diqqətlə baxdığını uzunkirpikli də bildi. Özü
də elə bu an bildi. Buna da səbəb o oldu. Çünki bunu
fikrinə gətirdi.

O, siqareti söndürüb yerinə qayıtdı. Hələ qızlara
baxmamışdan hiss eləmişdi ki, gözəl oğlan şit təbəssümü
ilə onları bezikdirib. Uzunkirpikliyə baxanda düşündüyünə
inandı: qız kefsiz-kefsiz pəncərədən çölə baxırdı. Ancaq
yaşıl yaylıqlı gözünü oğlandan çəkməmişdi, di gəl bu
gözlərdə indi, azacıq da olsa, ümid yox idi.

O, yaşıl yaylıqlını yenə özünə cəlb eləməyə çalışdı. “Obyek-
tivin” görüm sahəsinə düşmək üçün gah pəncərəyə baxdı,
gah skamyada bir az o tərəf-bu tərəfə sürüşdü, amma nə
xeyri? Qız bircə dəfə ona baxdı, daşa necə baxırlarsa, eləcə
baxdı; kameranı hərləyib heç onun üstündə saxlamadı da.

Onu od götürdü, yanıb-yaxıldı. Ax, nə ola araları düzələ,
ondan sonra özü bilər neyləyər, lap atasına od vurar, elə
toy tutar ömrü boyu dadı damağından getməz!

82
   77   78   79   80   81   82   83   84   85   86   87