Page 362 - "Yeni söz"
P. 362
nc yazarların ədəbiyyat almanaxı

bir-bir üzünə baxıb kimlərdən olduğunu müəyyənləşdirəcək. Onlar da qonaqların bu
işə mat qalmalarına baxıb həzz alacaqlar. Bir az sonra uzaqdan siqnal səsləri eşidilməyə
başladı. Həyətdəki uşaqlar dodaqlarını yaladılar, üzlərinə sevinc qondu, bir-birilərini
itələyə-itələyə, dümsükləyə-dümsükləyə qaçışdılar yola tərəf. Bayaqdan bəri hökm
sürən darıxdırıcı sakitlik pozuldu, Mustafa kişi oturduğu yerdə qurcuxdu. Darvazanın
eşiyindən toz qalxdı.

Beş-altı maşın gəlib darvazanın eşiyində dayandı. Tanımal Mustafa çəliyinə dirənə-
dirənə qapıya tərəf getdi. Əli xonçalı qızlar və gəlinlər maşınlardan düşüb eləcənə
dayandılar. Kişilər isə hırıldaşa-hırıldaşa, oğlan evinə xas qəribə bir yekəxanalıqla qapıya
tərəf getdilər. Həyətdəkilər darvazanın qabağında yarımçevrə kimi düzülüb tamaşanın
başlamasını gözlədilər. Mustafa kişi gələn qonaqların əlini bir-bir tutub məharətini
göstərməyə tələsdi:

– Xoş gəlmisiz! Həə! Ayə, sən tat Əhmədin gədəsi deyilsənmi?... A bala, sən
donuzçu Kərəmin oğlu deyilsənmi?... A qızım, sən Tamaşa arvadınmı qızısan?..

Bax beləcənə, Mustafa kişi hər bir qonağı tanıdıqca, ev adamlarından gülüş qopdu.
Sanki Mustafa kişini alqışladılar. Qonşu kənddən gələn qonaqlar isə bu işə mat qaldılar.
Qonaqların arasında məktəb direktoru Abdulla müəllim də vardı. Növbə çatdı Abdulla
müəllimə. Mustafa kişinin əlini sıxıb heç nə demədən eləcənə gözlədi. Mustafa kişi
qonağın üzünə baxıb əminliklə dilləndi:

– Dərdin alım, sən doxdur Bayramın oğlusanmı?
Əslində bu, sual deyildi, ona görə də cavab gözləmədən sözünə davam elədi:
– Ömrügödəknən salam-əleykim olub. Yaman bilikli adam idi. Allah rəhmət eləsin!
Dedi və biz azcana kədərlənən kimi oldu. Araya bir anlıq sükut çökdü. Sonra qo-
naqlardan kimsə qaqqıltıyla gülməyə başladı. Bu gülüş bayaqkı gülüşlərə bənzəmədi.
Camaat da ona qoşulub hırıldadı. Onların arasında polis rəisi Şahsuvar müəllim də vardı.
Nə vaxt gəlmişdi, necə gəlib durmuşdu camaatın arasında, görən olmamışdı. Şahsuvar
müəllim irəli çıxıb məktəb direktoru ilə Mustafa kişinin böyründə dayandı. Əl uzadıb
Mustafa kişi ilə görüşdü, sonra başı ilə hamını salamlaya-salamlaya dedi:
– Ay Mustafa kişi, deyəsən, qocalırsan ha! Bu, Abdulla müəllimdi, özü də doktor
Bayramın yox, rəhmətlik Əvəz dayının oğludur.
Dedi və hırıldadı. Bu hırıltı itimil ox kimi girdi Mustafa kişinin ürəyinə. Mat qaldı
bu işə. Bilmədi, nə desin. Bir də baxdı Abdulla müəllimin üzünə. Sol qaşının üstündəki
xalı tutdu gözü. Doktor Bayramın üzü gəlib durdu gözünün qabağında. Oxşatdı xalları
bir-birinə. Diksinən kimi oldu elə bil. Bütün bunlar bir anın içindəcə baş verdi, adamlar
Mustafa kişinin diksinən kimi olmağından başqa bir şey görmədilər. Mustafa kişi
dilləndi:
– Nətər yəni doxtur Bayramın oğlu deyil, ayə?! Ayə, bir bu xala baxsana! Ağzımda
deyirəm, doxdur Bayramın oğludur. Mənəmi kələk gəlirsiz, hay?!

362
   357   358   359   360   361   362   363   364   365   366   367