Page 364 - "Yeni söz"
P. 364
nc yazarların ədəbiyyat almanaxı

– Kopoğlunun qocalığı! Kişinin ağlı uçub. Yaman kişiydi e! Yaman tanımal kişiydi!
Mustafa kişinin qolundan tutub içəri apardılar. Qonaqların da kefi bir azcana qaçan
kimi oldu...
Gecənin bir aləmi Abdulla müəllimin səsinə anası Tükəz arvad dik atıldı. Deyəsən,
sayıqlayırdı. Yavaşca-yacaşca gəlib oğlu ilə gəlini yatan otağın ağzında dayandı. İndi səs
aydınca eşidilirdi:
– Doxdur Bayram... doxdur Bayram... Ha-ha-haaa.. doxdur Bayram... Ha-ha-ha..
Tükəz arvadın canını qara qayğılar aldı, tükləri biz-biz durdu. Barmaqlarının ucuna
qalxıb qapını ehmallıca araladı. Qapının cırıltısına Abdulla müəllimin ömür-gün yoldaşı
Sədaqət eymənən kimi oldu. Tükəz arvadı görüb şikayətlənirmiş kimi, əli ilə Abdulla
müəllimi göstərdi. Tükəz arvad eləcənə barmaqlarının ucundaca içəri girib dayandı.
Abdulla müəllim hələ də sayıqlayırdı:
– Doxdur Bayram... doxdur Bayram...
Tükəz arvadın içinə qəribə bir üşütmə düşdü, donub-qaldı eləcənə. Sədaqət ərini
silkələyə-silkələyə dodağının altında deyindi:
– Bu andıra qalmışı az iç də!
Abdulla müəllim oyanan kimi oldu. Başının üstündə anasını görüb dedi:
– Sənə qurban olum, ay ana.
Dedi və uşaq kimi ağlamağa başladı. Tükəz arvadın heç tükü də qımıldamadı,
bayaqdan neçə donub-qalmışdısa, elə eləcənə də qaldı. Abdulla müəllim sonra başını
çevirib Sədaqətə baxdı. Güc-bəla ilə udqunub dedi:
– Sən başın, dur, mənə bir dolça su gətir.
Sədaqət başını bulaya-bulaya otağın qapısına tərəf getdi. Abdulla müəllimin ağlına
nə gəldisə, arvadının dalınca bağırdı:
– Sən başın, quruşquyu ağzınnan birvəbir doldur.
Sonra yenə anasına baxdı:
– Sənə qurban olum, aaana!
Tükəz arvadın göz qapaqlarından başqa, bir yeri tərpənmədi. Eləcə göz qapaqları
bircə dəfə qapanıb təzədən açıldı. Abdulla müəllim dodağının altında donquldandı:
– Kopolunun arağı! Yaman yanğı verir. Həlvət, köpəyuşağı çiyidli-çiyidli basıblarmış
əriyi arağa...
Tükəz arvad bu sözlərin heç birini eşitmədi. O, indi hardasa uzaqlarda idi. Gözünü
otağın pəncərəsindən bayıra zilləyib dodağının altında yavaşcana, qorxa-qorxa bir ad
tutdu:
– Doxdur Bayram!
Tükəz arvadın gözləri yaşaran kimi oldu. 42 il əvvəli, o yaz axşamını xatırladı. Onda
Tükəz arvad cavan gəlin idi. Əvəzin arvadıydı Tükəz, “qancıq Əvəzin”. Günü-gündən

364
   359   360   361   362   363   364   365   366   367   368   369