Page 363 - "Yeni söz"
P. 363
Camaat yenə hırıldadı. Amma bu hırıldamaq bir başqa hırıldamaq idi. Şahsuvar İkinci Mahmud. Tanımal Mustafa
müəllim zarafat etmək qərarına gəldi, direktorla arasının açıq olmağından istifadə edib
dedi:
– A Mustafa kişi, bunu gedib Abdulla müəllimin anası Tükəz xaladan soruşmaq
lazımdı.
Dedi və qəhqəhə çəkdi. Öz zarafatı özünə yaman xoş gəldi. Camaat da ona qoşulub
bir az da bərkdən gülüşdü. Abdulla müəllim də güldü. Bircə Mustafa kişi gülmədi.
Yaman qaraldı qanı tanımal Mustafanın. Elə bil ayaqları büdrəyən kimi oldu, ağırlığını
çəliyinin üstünə saldı...
Məclis get-gedə qızışdı, şişlər dolu gəldi, boş qayıtdı. Sifətlər qızardı, səslər daha
gur çıxmağa başladı. Uşaqlar doyunca kababdan yeyib “dava-dava” oynamağa
yollandılar. Bayaqkı əhvalat elə bil adamların yadından çıxan kimi oldu. Mustafa kişi
qabağındakı arağı başına çəkib ağzını əlinin dalı ilə sildi. Çəliyinə dirənib durdu ayağa.
Bir xeyli eləcənə Abdulla müəllimin üzünə baxıb durdu. Sonra çəliyini masanın üstünə
elə çırpdı ki, bir dənə salamat qab qalmadı. Ağzı köpükləndi Mustafa kişinin. Əlini
havada yelləyə-yelləyə bağırdı. Elə bağırdı ki, deyərdin, kişinin başına hava gəlib:
– Köpək uşağı! Mustafa kişiyəm ey, mən! Sizə deyirəm ki, doxdur Bayramın
oğludur!
Heç kim bir söz demədi, eləcə durub baxdılar. Şahsuvar müəllim arxaya söykənib
əlini qarnının üstünə qoydu. Bir kədər gəlib yapışdı sifətinə:
– Ay Mustafa kişi – dedi. Yox, vallah qocalırsan! Heyif sənnən! Qocalıq axmaq
şeymiş...
Sonra çappasını əlinə alıb ayağa durdu, baxışlarını uzaqlara zilləyib Mustafa kişinin
cavanlığından danışdı. Təklif etdi ki, bu çappanı onun sağlığına içsinlər, Mustafa kişinin.
Yaxşı şeylər danışdı, di gəl ki, Mustafa kişidən başqa, bir Allah bəndəsi rəisin onun
haqqında keçmiş zamanda danışdığına diqqət etmədi. Heç kim rəisin “yaman tanımal
kişiydi Mustafa kişi” deməyini eşitmədi. Mustafa kişi gəlib Abdulla müəllimin qabağında
dayandı. Yazıq-yazıq baxdı direktorun üzünə. Dili söz tutmadı, birtəhər özünü toplayıb
Abdulla müəllimi yola gətirməyə çalışdı:
– Ay oğul, – dedi. – Gəl daşı tök ətəyindən. Düzünü de, sən o bir olan Allah, sən
doxdur Bayramın oğlu deyilsənmi?
Hamı gülüşdü bu sözə. Abdulla müəllim pərt olan kimi oldu. Yox, dedi, ağsaqqal,
Əvəzin oğluyam. Yanlışın var. Mustafa kişi havalandı bu sözdən. Söyməyə başladı
hamını, nə arvad qandı, nə uşaq. Eləcənə söydü gözü gördüyünü. Ağzı köpükləndi. Dili
topuq vurdu. Gözünə qaranlıq çökdü Mustafa kişinin. Qulağına Şahsuvar müəllimin
səsi gələr kimi oldu:
363