Page 358 - "Yeni söz"
P. 358
nc yazarların ədəbiyyat almanaxı

də o sızıltıya qoşulub, gedib durmuşdu ayaqlarının arasında. Guphagup-guphagup
döyünmüşdü ordaca. Bax, səhərin o vədəsində guppultu səsi gələndə Sitarə əlini qorxa-
qorxa ayaqlarının arasına aparıb tumanının altında gəzdirmişdi yavaşcana. Bir xeyli
eləcənə donub-qalmışdı. Sonra da baxmışdı ki, tumanı suyun içindədi. Tez də əlini
çəkmişdi ayağının arasından. Və birdən-birə gözlənilmədən qəribə bir üşütmə girmişdi
canına. Yorğanı başına çəkib gizlənmişdi.

Ev adamları oyananda Tanımal Mustafa, Allah bilir, neçənci papirosunu çəkirdi.
Hava işıqlaşar-işıqlaşmaz, bir anın içindəcə evin həyəti adamlarla dolub-daşdı. Ora-
bura vurnuxan adamların vızıltısından ağız deyəni qulaq eşitməz oldu. Mustafa kişinin
indicənə yadına düşdü ki, bu gün nəvəsi Sitarəyə nişan gətirirlər…

Yaman tanımal adam idi Mustafa kişi. Adamı adama oxşatmaqda, qoyunu qoyuna
oxşatmaqda elə ad çıxarmışdı ki, adı dillər əzbəri idi. Hələ bircə kərə yanıldığı
olmamışdı. Yumurtaya baxıb deyərdi ki, bu, filan toyuğun yumurtasıdır. Quzuya baxıb
deyərdi ki, bu, filan qoyunun balasıdır. Uşağa baxıb deyərdi ki, bu, filan kişinin oğludur.
Bir para əti bişir qoy qabağına, bircə dişlək vurub o saatca da yəqin edərdi ki, bu ət
filan yerin ətidir. Nə isə, bu, elə sirli bir şey idi ki, heç Tanrı da baş açmazdı. Hələ
dünyanın düz vaxtında, Çal dağlarında – yataqlarda çobanlıq eləyəndə sürünün içi ilə
bir o başa, bir bu başa getmək kifayət edirdi ki, qoyunların hamısı yerindədirmi, yerində
deyilmi, desin. Hələ yanıldığı olmamışdı. Yoxsa bir elə qoyunu saymaqmı olardı?!
Düzünə qalsa, Mustafa kişi heç say da bilmirdi. Vallah, bilmirdi, billah, bilmirdi. Nə
olmuşdusa, o zaman olmuşdu, Mustafanın 5-6 yaşı olanda. Atası Mustafanı qabağına
qoyub say öyrətmək qərarına varmışdı. Demişdi ki, onsuz da bizimki qoyun-quzuyla
gəlib bineyi-başdan. Qoy heç olmasa, say-hesab öyrənsin, quzuları qataq qabağına,
otarsın, daha yekə gədədir. Belə gədəsi olan adamın quzuları niyə xalxalda ac-acına
qalmalıdır! Fəqət Mustafa nə illah eləsə də, saymağı öyrənə bilmirdi ki, bilmirdi. Başa
düşə bilmirdi ki, niyə, məsələn, beşdən sonra üç yox, məhz altı gəlir? Bu hikmətin sirrin
qana bilməmişdi ki, bilməmişdi. Atası da hirslənib qulağının dalına bir tərs şapalaq
ilişdirmişdi, Mustafa kor dəyirman kimi yerində fırlanıb durmuşdu bir xeyli. Sonra
eləcənə, lap bu sabah olduğu kimi, huşunu itirib dalıüstə yerə dəymişdi. Elə dəymişdi
ki, özü də mat qalmışdı. Gün o gün Mustafa saymaq sevdasından əl üzüb taleyi ilə
barışmışdı. Yekə oğlan olanda da nə illah eləmişdisə, öyrənə bilməmişdi saymağı.
Beləcə bütün ömrünü Çal dağlarında – yataqlarda çobanlıqla əritmişdi. Elə bil say
bilmədiyinə görə ilahidən bir istedad verilmişdi Mustafaya. Qoyunların əlamətini elə
dəqiqliklə yadında saxlayırdı ki, harda görsə, bir nişanla tanıyardı. Bir də görürdün,
sürülər qarışdı bir-birinə. Tez gəlib Mustafanı, tanımal Mustafanı minnətlə aparardılar
köməyə. Mustafa gedərdi, sürünün içi ilə bir o yana, bir bu yana şütüyərdi. Gəlib durardı

358
   353   354   355   356   357   358   359   360   361   362   363