Page 355 - "Yeni söz"
P. 355
şi qızıl tabuta yerləşdirildi. Boynuna bənövşə və çobanyastığı çiçəklərindən hörülmüş Günel Eyvazlı. Tuten xatun
çələng asıldı. Qayığa yerləşdirilmiş tabut “Ölülər diyarı”na yan aldı.

Xəfif aprel küləyi Nil çayını qadın zərifliyi ilə dalğalandırıb qayığın sahilə çatmasını
ləngidirdi. Ağ yelkənlər uzaqdan hamilə qadına bənzəyirdi.

Deyilənə görə, Amenton döyüşlərin birində həlak olmuşdu. Bəlkə də, ölmək
istəmişdi sadəcə...

Kahin öz missiyasını yerinə yetirdikdən sonra öz ölümünə fərman vermiş və
Exnatonun ayaqlarının altında basdırılmışdı. Qoca Dadon isə hakimiyyətə yeni gəlmiş
sülalə üçün nəğmələr qoşaraq, könülləri əyləndirərdi.

Qədim, sirli Misir gənc Tutanhamonu unutmadı. Bu sirr, ləpir saxlamayan səhra
qumu üzərindən əsən xəfif küləklə hamarlandı.

355
   350   351   352   353   354   355   356   357   358   359   360