Page 354 - "Yeni söz"
P. 354
nc yazarların ədəbiyyat almanaxı
həvalə etmişdi. Firon bunları ondan sonra taxta gəlməyə layiq olan övladı və öz şəcərəsi
naminə etmişdi. Mən qoca kahin isə baş verən hadisələrin sadəcə iştirakçısı idim.
Ruhu ilə qadın olan Tutanhamon incəliyini gizləyə bilmirdi. Ona elə gəlirdi ki, erkək
belə də olmalıdır.
O, sığaldan, bəzəkdən tamamilə uzaqlaşdırılmışdı. Yalnız kişilərə məxsus bəzəklərlə
bəzədilirdi. Öz həmcinslərinə olan hissinin doğru olmadığını çox yaxşı anlayırdı. Özüylə
bacara bilmirdi. Yaxın dostu Amentona olan hissindən mənə də bəhs etmişdi. Mənim
qarşımda ağlayırdı. Əsl həqiqət hər dəfə dilimin ucuna gələrək geri qayıdardı. Mən
Tutanhamona, “sən zərif xanımsan və bir kişini sevməyin qəribə deyil”, demək
istəyirdim. Çox istəyirdim. Onun göz yaşlarına, hıçqırtısına dözə bilmirdim.
Bu sirr qəbir evinə qədər getməli idi. Çünki Misir əvvəlki Misir deyildi. Xalq arasında
canlanma, hökmdarı taxtdan salma eşqi güclənirdi. Exnatonun nəsli – ondan öncəkilər
və ondan sonrakılar məsxərə obyekti olmamalıydı. Mən də çox qocayam, bundan o
tərəfə yaşamaq istəmirəm. Bəlli bir zamanda, bəlli bir yerdə gənc Tutanhamonun
ölümünə fərman verdim. Yeməyinin içinə zəhər qatdım. Bir neçə saat öncə, “hansı
yeməyi daha çox istərdin” sualını vermişdim hökmdarıma. O, uzun-uzadı gözlərimin
içinə baxdı. Elə bil hər şeyi hiss edirdi. “Fərq etməz”, – dedi. Mənə inanırdı. Ona görə
də yeməyini yoxlatmadı. Mən isə ən sevimli təamını onun üçün hazırlatdırmışdım.
Həmişəki kimi, geniş süfrə açılmışdı. Masanın ətrafında heç kim yox idi. Təkcə
Tutanhamon özü həvəssiz-həvəzsiz oturmuşdu. Mən də qarşısında idim. Üçüncü
qaşıqda artıq onun rəngi gömgöy idi. Zəhər qanına işləmişdi.
Acı hıçqırtısı indiyənə kimi qulaqlarımda səslənir... “Düz etdin. Çox sağ ol. Nə yaxşı
ki, gedirəm. Ona deməyin... ”
Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Bu, onun taleyi, qisməti idi. O, bu yükü
daşımalı idi. O, bu yüklə ölməli idi. Məni incidən onun ölümü deyil, bəlkə də, düz etdim.
Ölüm onun üçün ən asan yol idi. Əzab çəkirdi. Məni incidən onun məhəbbəti idi.
Hətta sevdiyi dostunun yanına getməmək üçün ayağını belə sındırmışdı. Saraydan
Amentonun səsi gəlincə əsanı əlinə alıb onun yanına qaçırdı. Onlar üz-üzə dayanıb
saatlarla susardılar. Böyük saray bu eşqin qarşısında lal olmuşdu.
– Yaxşı, Tutanhamon qadın olduğundan bu hissi yaşayırdı, bəs Amenton? O necə?
Məgər düşünmürdü ki, bir erkəyə vurulub?.
– Məncə, o, hər şeyi çox gözəl bilirdi. Tutanhamon təpədən-dırnağa kimi xanım idi.
Zərif idi, gözəl idi. Çox gözəl idi.
Yetmiş günün tamamında Tutanhamonun şərəfinə bəzədilmiş sərdabədə iş
yekunlaşdı. Bütün naxışlar qızılla işlənmişdi. Əzəmətli gənc, on doqquz yaşlı fironun
354