Page 349 - "Yeni söz"
P. 349
Sarayın adlı-sanlı insanları sonuncu dəfə fironlarıyla vidalaşmaq üçün Nil kənarına Günel Eyvazlı. Tuten xatun
yığışmışdılar. Ovuclarını xına ilə boyayan kahinlər günəş oğluna əlvida demək üçün
qayığa əl edirdilər.
***
Exnaton Tutanhamonun doğma atası idi. Doğrusu, keşiş bu haqda mənə söz
açarkən gənc firona Tutanhamon yox, Tuten xatun deyərdi daima. Əslində bunun
səbəbi var idi.
Exnaton enerjili, dövləti idarə etməyi bacaran başçı idi. Amma kahinlər onu heç
sevməzdilər. Deyilənə görə, bu müddət ərzində Misirə nə bəla gəlmişdisə, onun
ucbatından gəlmişdi. Misirin taleyinin qaraya bürünməsi də Exnatonun narahat
taleyinin nəticəsi idi.
Exnaton çox gənc evlənmişdi. Onun hakimiyyətə gəlişi Misir üçün yeni dövrün
başlanğıcı idi əslində. O, yeni dini islahatlar, dəyişikliklər gətirmişdi. Minilliklər boyu
çoxallahlığa sitayiş edən əhali indi Exnatonun əmri ilə Atona səcdə etməli idi. Bu isə
əsrlərdir xalqın sitayiş etdiyi allahlara arxa çevirmək kimi qiymətləndirilirdi. Doğrudur,
o, gözdən pərdə asmaq üçün hakimiyyətə gəldiyi ilk dövrlərdə Fiv allahı Amona sitayiş
edirdi, amma bir müddət sonra Aton allahına sitayişetmə kultunu gətirdi və ona
tapınmanı vacib saydı. Əmr verildikdən sonra kahin təbəqə hər vəchlə Exnatonu
hakimiyyətdən yıxmağa çalışırdı.
Bütün saray əhli, keşişlər ona nifrət edirdilər. Tayfa başçıları, kahinlər bunu qəbul
edə bilmirdi. Necə yəni? Rəiyyətlə ağaların eyni allahımı olsun? Yox, mənim allahım
dəbdəbə sevir, o murdar əkinçinin allahı isə özü kimi palçıqlı və çirkindir, deyirdilər.
Məgər dövlətli ilə yoxsul eyni allaha sitayiş edərmi?
Exnaton gətirdiyi dinə balaca bir əlavə də etmişdi. Əslində bu əlavə onun bacısına
doğan eşqindən qaynaqlanırdı. Bunu bir Exnaton bilirdi, bir də evinin küncündə olan
büt – inandığı Atonun ruhunu özündə daşıyan daş parçası. O büt ki, gənc Exnatonun
sirlərinin ortağı idi. O büt ki, ölü doğulan övladlarını görmüşdü. O büt ki, Exnatonun
yeni arzularının, reallaşması xətrinə qızıla bürünmüşdü.
Uzun müddət övladının olmamasını kahinlər allahların onun lənəti ilə əlaqələn-
dirirdilər. Exnaton sarsılmış vəziyyətdə sarayının içində dolaşırdı. Varisinin olma-
masından yas tuturdu. O, döyüşlərə həvəssiz gedər, xanımının yanına həvəssiz dönərdi.
Yoldaşına aylarla yaxınlaşmayan Exnaton başqa kənizlərlə könül əyləndirərdi. Firon
könlünü ovlamaq elə də asan məsələ deyildi. Sarayda məhz bunun üçün hazırlanan,
müəyyən qaydalarla böyüyən, tərbiyələnən qızlar var idi. Onlar Exnatonun bir baxışı
349