Page 345 - "Yeni söz"
P. 345
şularını isə nobat vaxtı çoban güclə sıraya düzür. Hərəsi başını bir tərəfə götürüb Günel İmran. Qoyun
qaçmaq istəyir. Düzü, əvvəllər heç vaxt canavar görməsə də, nədənsə bu varlıqlardan
ilk gördüyü andan qorxdu. Elə bildi ki, canavarlar yerə yıxılan ilan çalmış dovşana
yaxınlaşırlar. Canavarlar isə dovşanın cəsədinə gözlərinin qırağıyla da baxmadılar. Çünki
onlar çaqqal yox, canavar idilər. Qəfildən hansısa hiss onlara qoyunun yerini bildirdi.
Bu da son. Yox, son hələ olmadı. Güllə səsi eşidildi. Canavarlar qaçışdı. Yaşlı ovçu
qoyunun boğazına kəndir bağlayıb, sürüyərək meşədən çıxardı. Ovçu həmin kəndin
adamlarından idi. Qoyunu maşının yük yerinə qoydu. Qoyun burda canavarlardan xilas
olduğuna sevinirdi. Maşının yük yerindən çıxarılanda isə öz doğma həyətini gördü. Onu
boğazındakı kəndirdən dartıb sürüyərək tövləyə apardılar. Ev yiyəsi arvadına:

– Sən də deyirdin, qoyun özü gedib. Bunu, yəqin, ovçu oğurlamışdı, – dedi. – Gördü
ki, səs-küy salmışam, qorxusundan gətirib qaytardı. Hələ danışdığı nağıla bax. Guya
qoyunu meşədə tapıb. Qoyun özbaşına oralara necə gedib çıxa bilər? Yaxşı qurtardıq.
Sabah sübhdən durub bunu kəsəcəm. Şəhərdən gələn qonaqlarımız günortaya, yəqin,
burda olarlar. Onlara yaxşı bir kabab qonaqlığı verərik.

Sonra tövlənin qapısını bağladılar. Qoyunsa eşitdiyi “sabah” deyilən vaxtın nə
zaman gələcəyini səhərəcən anlamağa çalışdı. Qoyun fikirləşənəcən sabah oldu.

Qoyun hələ kabab deyilən təamın nə olduğunu bilmirdi və yəqin ki, heç vaxt
bilməyəcəkdi.

345
   340   341   342   343   344   345   346   347   348   349   350