Page 343 - "Yeni söz"
P. 343
Qoyun Günel İmran. Qoyun

D əniz kimi dalğalanan, üzərinə şeh düşmüş otlar və başı üzərində
buludsuz mavi səma, cənnət kimi bir yer. Bura haradır? Bir qoyunun
yaşamaq istədiyi otlaq. Qoyun adının ona nə vaxt verildiyindən
xəbərsiz idi. Qışın son ayında şaxtaların mülayimləşdiyi bir gündə dünyaya göz açmışdı.
Üst-başı selik içində olan şirin varlıq idi. Sonra ilk olaraq qabaq ayaqlarını möhkəmcə
yerə basmış, arxa ayaqları isə çəlimsizlikdən güclə dikəlmişdi. O doğulanda çəmənliklər,
otlaqlar yox idi. Onu quzu adı ilə çağırmışdılar. Anasının quzusunu hamı çox sevmişdi.
Onu doğulduğu soyuq tövlədən çıxarıb isti evə aparmış, dünyanın ən şirin quzusuna
odun peçinin yanında yer düzəltmişdilər. Bu evin uşaqları onunla o qədər oynayırdılar
ki, yazıq yorulub əldən düşürdü. Anasını ancaq yemək vaxtı görürdü. Amma günü o
qədər xoş keçirdi ki, anası heç yadına da düşmürdü. Evin balacaları quzunu əmziklə
yedizdirirdilər. Həyat bir içim su kimi udulur, balaca quzu qoyuna çevrilirdi. Qısa ev
həyatından sonra yaz gəldi. Quzu yaşıl otlaqlarla tanış oldu. İlk dəfə tövlədən evə
köçəndə oranı özünə daimi məskən sanmışdı. Sonra yaşıl çəmənlikləri görmüş və oranı
heç vaxt tərk etmək istəməmişdi. Otlaqlara getmək üçün çıxarkən neçə-neçə şaxtalı,
boranlı günləri geridə qoymuş, hər hərəkətlərində ehtiyat, qorxaqlıq duyulan yaşlı
qoyunlardan fərqli olaraq, tövlə qapısından birinci çıxmağa çalışmışdı. Hər yerdə digər
qoyunları ötmək istəyirdi. Sonra fəsillər bir-birini əvəz etdi, çəmənliklər yox oldu.
Qidalandığı torpaq qoxusu gələn tər otların yerini saralmış quru otlar əvəz etdi. Uşaqlar
da artıq onunla oynamaq üçün bir-biriləri ilə dalaşmırdılar. Vaxt keçir, o böyüyürdü.
Hər şeyin təkrarlandığına öyrəşir və artıq əvvəlki kimi hər zaman önə atılmağa səy
göstərmirdi. Soyuq günlər keçir, yenə istilər gəlirdi. Günlərin birində digər qoyunlarla
birlikdə onu çayın kənarına aparmışdılar. Çobanlar suyunun dayaz olduğu yerdə çay
daşlarını yığaraq, çay axınından ayırdıqları kiçik gölməçəyə qoyunları tək-tək gətirir,
suda qaçmasınlar deyə onların ayaqlarını tutaraq tər-təmiz olanadək çimizdirirdilər.
Adi vaxtlarda su içərkən həyatından razı halda sərinləyirdisə, çayda çimizdirilərkən
boğazına dolan su onda boğulmaq qorxusu yaradır və öz qoyun həyatı uğrunda
mübarizə aparırdı. Sonra təhlükə sovuşmuş, onu sudan çıxarıb, yunu qurusun deyə
günəşin altında digər qoyunlarla birgə sıraya düzmüşdülər. Onun qoyun başı gündən
qaynamaq üzrə idi. Sonra qoyunları dincəlmək üçün nəhəng bir ağacın kölgəsinə
vermişdilər. Qoyun isə tərtəmiz, təravət qoxan yununa baxmış, özünü quzu
vaxtlarındakı kimi sevimli hiss etmişdi. Ona göstərilən qayğıdan ərköyünləşməyə macal
tapmamışdı ki, sahibi əlində qayçı gəlmişdi. Qoyun keçəl qaldığına görə suyu müqəssir

343
   338   339   340   341   342   343   344   345   346   347   348