Page 339 - "Yeni söz"
P. 339
2. Günel Xəzəl. Berta
– Bütün kənd onların ailəsinə hörmətlə, hə a aşkar qibtəylə yanaşırdı. Atası əsil-
nəcabətli zadəgan, anası da zəngin, nüfuzlu nəsildəndi. İki böyük bacısı, yenicə
doğulmuş bir qardaşı vardı. Üçmərtəbəli, divarlarına ağ-qırmızı qızılgüllər sarmaşmış,
geniş pəncərələri olan səliqəli, sadə, ancaq çox zövqlə bəzədilmiş mülkdə yaşayırdılar.
Valideynləri olmayanda bacıları ilə birgə dayələrin əlindən sıyrılıb qaçmağı, ucsuz-
bucaqsız meyvə bağlarından keçib, evin arxa səm ndəki meşəyə yüyürüb orada
oynamağı çox sevirdilər. O meşə uşaqlara xas bəxtəvərliyin, qayğısızlığın unudulmaz
anları ilə yadında qalmışdı. Bir də, hələ də ruhunda dolaşan xoş ətri ilə. Bağçalarındakı
sünilik meşədə yoxdu. Təmiz, yaşıl ot əvəzinə, nəm, orda-burda tapdalanıb bir az
soluxmuş otların, çiçəklərin, payızda isə xəzəllərin üzərində qaçmaq, oynamaq başqa
aləm idi! Dayələri onları azmaqla, itməklə qorxutsalar da, meşədəki sərbəstlik, xoş ə r
yenə də oraya çəkirdi balacaları. Həm də meşə onların “kiçik xanım” yox, adicə uşaq
ola bildikləri yeganə yer idi. Burda bərkdən danışmalarına, bildikləri mahnıları qışqıra-
qışqıra oxumalarına, yerdə oturmalarına görə kimsə onları danlamırdı. Üstəlik də
yaxınlıqdakı kənddən gələn, onların yaşıdı olan əkiz qardaşlardan cürbəcür maraqlı
şeylər öyrənirdilər. Zəhərli göbələyi yeməlisindən ayırmağı öyrənmək Meginin saatlarla
haqqında söz açdığı an k dövr miflərindən qat-qat maraqlı idi. Bir gün də meşədə xeyli
əylənəndən sonra evə qayıdanda həyətdə yad adamların toplaşdığını gördülər...
Növbə kübarlar məclisindən qayıdarkən at yoldan çıxıb dərəyə yuvarlanmışdı... Berta
ye mliyin necə ağır olduğunu, uşağı bir gündəcə im yazsız, diqqətdən, nəvazişdən
uzaq, həya n sərt sifə ilə üzbəüz qoyduğunu dərk etmirdi, onda hələ cəmi 15 yaşı
vardı. O gündən Berta ilə bacıları “kiçik xanım”dan ye mə, qəddar əmisi onlara qalmış
var-dövlə mənimsəyəndən sonra isə qulluqçuya çevrildilər. Əmiləri şərt kəsmişdi:
“Əgər körpə qardaşınıza qəyyumluq etməyimi istəyirsizsə, könüllü qulluqçuluğa
getməyə razılıq verməlisiz!”

3.
Taleyin qəribə dönüşləri olur, bunlara Tanrının məzəli oyunları da deyə bilərik.
Dayəsi Megi həmişə deyərdi ki, qəza ilə qədəri qarışdırmaq olmaz. Sən qəzadan
yayınmırsansa, buna qədər neyləsin?! Bred üstünə cumanda Berta zorla onun əlindən
qurtuldu. Hara qaçdığını bilmirdi. Yüyürə-yüyürə küçələri keçirdi. Qəflətən sinəsində
küt ağrı hiss etdi. Gözü qızmış çörəkçiylə əlbəyaxa olanda da əlindən buraxmadığı
boğçasını indi bu ağrının təsiriylə yerə saldı. Anasının tək yadigarı – saxsı Qu quşu

339
   334   335   336   337   338   339   340   341   342   343   344