Page 334 - "Yeni söz"
P. 334
nc yazarların ədəbiyyat almanaxı

söylədiyi bu həftəlik söhbətindən sonra ayaqlarının donduğunu hiss etdi. Sonuncu dəfə
körpəsinin məzarına əyilib balaca xaçdan öpdü. Tələsmədən avtomobilə yaxınlaşdı.

Marseli hava limanına yola salmalı idi. Heç getmək istəmirdi. Çünki vidalaşmağı
yox, qarşılamağı sevirdi. Marsel ona ürək-dirək verdi:

– Özünü ələ al, tezliklə görüşəcəyik, – deyib bağrına basdı. Qara paltarlı, cılız qadın
böyük bədənin ağuşunda görünməz oldu, – Sənin səhnən var, mənsiz darıxmağa bir
an belə vaxt tapmayacaqsan!

Edit gözüyaşlı:
– Əzizim, mən oxuyanda onlar ağuşlarına alırlar, sonra arxalarına baxmadan oranı
tərk edirlər. Mənimlə yalnız sürəkli alqışların səsi və qaranlıq səhnə qalır. Əsl dəhşət
bundan sonra başlayır. Marsel, tez qayıt, bilirsən ki, səndən başqa, heç kimim yoxdur.
“Mon dien” mahnısı sənə həsr olunub, qayıtmayınca onu oxumayacam.
Ancaq oxudu. Marselin təyyarədə qəzaya uğradığını eşidən gün. Sevligilisinə zəng
edib onu Parisə çağırmışdı. Demişdi ki, səhnəyə onsuz çıxmayacaq. Tələsik ilk reyslə
təyyarəyə minib Piafın yanına gələndə qəzaya uğradı. Sonuncu dəfə bu mahnını Marsel
üçün oxudu… Marselin yanına gedəcəkmiş kimi, qollarını yanına çırpa-çırpa sanki
uçurdu. O, bu görkəmdə bədbəxt, ancaq məğlubedilməz idi.
Xəstəxanalarda üzücü müalicələr, stressdən vaxtından əvvəl ağarmış saçlar, zəif
vücud, ən əsası, yırtıcı hisslər və yetim qalmış Piafın məhəbbəti.
Bir dəfə əllərindən tutmuş rəfiqəsi Marlen Ditrixə etiraf etdi: “Deyəsən, hamıya
bədbəxtlik gətirirəm. Əvvəlcə məni küçələrdən tapıb müğənni etmiş Lamberi
güllələdilər, sonra qızım Sessil, indi də Marsel. Offf… bir gecədə məhəbbətdən beş yüz
dəfə ölürəm. Marsel üçün beş yüz birinci dəfə sonuncu kərə öldüm. Bir də
sevməyəcəm. Amma sevməkdən başqa, özümə ölüm bəhanəsi tapmayanda, həqiqətən,
öləcəm”. Marlen isə sadəcə onun əllərini sığallayıb cavabını təbəssümü ilə “dedi”. Çünki
Piaf yenidən eşq macəraları ilə qəzetlərin birinci səhifələrini doldururdu. Az keçməmiş
ikinci məhəbbəti – 26 yaşlı Teo Saraponun qismində qayıtdı. O, Editdən 20 yaş kiçik idi.
Teonu ciddi qəbul etməsə də, gənc oğlan əsl məhəbbət aşiqi idi.
– Bir gün soyuq payız gecəsi kabareni həmişəki kimi tərk edəndə, qaranlıq dalanda
gecə fənərinin altında dayanan bir siluet onun diqqətini cəlb etdi. Paltosuna möhkəm
bürünüb siluetə yaxınlaşdı:
– Siz məni gözləyirsiz?
– Bəli.
– Bəs niyə içəriyə keçməmisiz?
– Bura yaxşıdır… Sizi sevmək onsuz da əziyyətdir, bu soyuq mənə hədiyyə kimidir…

334
   329   330   331   332   333   334   335   336   337   338   339