Page 335 - "Yeni söz"
P. 335
Sonralar Teonun inadkar sevgisinin qarşılığında Edit ona: Günel Eminli. Mənə Piaf deyin
– Axı Teo, başa düş, məndən çox kiçiksən! – dedi.
– Əzizim, doğulduğum gündən səni sevirəm. Elə ona görədir ki, sevgim yaşımdan
böyükdür, biz bir-birimiz üçün yaranmışıq.
Marsel ona əsl məhəbbətin, Teo isə sevilməyin nə olduğunu göstərdi. Edit Marselə
“Mon dien” mahnısını, Teoya isə bütün mahnılarını həsr etdi. Gənc oğlan həyatının
mənasına çevrilmişdi. Teonu özü ilə bərabər qocaldacaqdı.
Azğın xəyallarının kişisi Teonu “mənim balacam” deyə çağırsa da, özünü onun
yanında uşaq kimi aparırdı. Sevgisinin yolunda heç nəyə heyifsilənmir, ağlasığmaz pullar
xərcləyirdi. Qınaq atəşinə tutanlara isə “pula xəsislik edənlər hisslərinə də xəsisdir” –
deyib, bütün pullarını hisslərinə sərf etdikcə tükənməyə başlayırdı. O, ağır xəstəliyə
düçar oldu, həkimlər altı ay yaşayacağını deyib, hamını ümidsiz qoydu.
Parisin hələ altı aydan sonra kiçik sərçəciyini dəfn edəcəyindən xəbəri yox idi.
Baxmayaraq ki, Piaf onun ən sadiq sakinlərindən idi. Hamı hər şeyi bilsə də, hər şeyi
gizlədirdi. Piaf çarpayıda çapaladı, az sonra Teonun qucağında gözlərini açmamaq üçün
möhkəmcə yumdu. Həkimlər aşiqi sakitləşdirə bilmirdilər.
– Yox… Əzizim, Piaf, dalınca gələcəm, addım-addım, günbəgün, yalvarıram, məni
gözlə!
O gün yetişdi, düz yeddi ildən sonra… Editin məhəbbət tanrısı bir sərxoş sürücünün
qurbanı oldu. Teonu dostları çox əziyyətdən sonra Piafın yanında dəfn edə bildilər.
…Piafın ifasını sonralar kübar məclislərində dinləməyə başladılar. Zərif vücudun
sahibəsi bunu görsə, belə deyərdi:
“Demişdim axı, mən Parisin qaranlıq küçələrində soyuqdan boğazını yırta-yırta
oxuyan bir sərçəcik olacağam. Mənə Piaf deyin!”

335
   330   331   332   333   334   335   336   337   338   339   340