Page 331 - "Yeni söz"
P. 331
Ayazın məqsədini duyan qız bir anlıq duruxdu. Sonra yolu keçib ticarət mərkəzinə Fərhad Amur. Sevgi şərhi
doğru getdi. Girişdə yenə nə edəcəyini bilmədən sağa-sola boylandı. Sonra içəri daxil
oldu və dükanların birinə girib içəridə boş-boşuna dövrə vurdu. Nəhayət, adamların
getdikcə seyrəldiyi tərəfi, bəlkə də, Ayazın işini asanlaşdırmaq üçün seçəndə çıxışdan
onu izləyən Ayaz qıza çatdı.

– Bu kağızı götür zəhmət olmasa, – deyib qıza daha da yaxınlaşdı. Küsülü sevgili
təsiri bağışlayan qız dinmədi. Bir az da irəlilədilər. Səs-küy lap azalanda Ayaz bu dəfə
daha sərbəst idi:

– Xahiş edirəm, bu kağızı götür. Tələsirəm mən.
Qız duruxub dayandı. Yəqin marağı ona üstün gəldi. Qatlanıb əl boyda olmuş, cibdə
qalmaqdan rəngi avazımış kağıza baxdı.
– Nədi bu? – Qız tövrünü pozmadan soruşdu.
– Şeirdi, səninçün saxlamışdım. İnanırdım ki, nə vaxtsa qarşılaşacağıq, – Ayaz
ürəkləndi. Qızın diqqətlə baxdığını görəndən sonra əlavə elədi, – altında nömrəm də
var.
Qız, yəqin ki, utandığından başını qaldırmadı. Ayaz özü ona doğru əyildi. Həm də
o qədər çox ki, elə bil öpəcəkdi. Öpməsə də, qoxusunu aldı. Əyildi ki, nömrəni göstərsin.
Göstərdi və bu cəsarətindən utandı.
– Səndən xoşum gəlir, – Ayaz sonra dedi, – çox xoşum gəlir.
Qız dinməzcə kağızı götürdü. Ayaz kağızı çantasına qoyacağını gözləyə-gözləyə
gözlərini qızın əllərinə dikmişdi. Amma qız kağızı zəif küləyin saçlarını oxşadığı ahənglə
titrəyən əlində sıxıb saxlamaqla kifayətləndi. Tərəddüdlərindən xilas olmaqçün Ayaz
indi də qızın gözlərini axtardı, amma heç özünün də gözləmədiyi halda, təcili getməli
olduğunu deyib onunla sağollaşdı. Buna görə çox tez peşman olsa da, geri dönmədi.
Kağızı hələ də ovcunda sıxmış qız boynunu büküb bir müddət daş heykəl kimi dayanıb
qaldı. Elə bil çaşqınlıq içindəydi. Qız gözdən itənəcən Ayaz bir neçə dəfə çevrilib baxdı.
Bir dəfə, iki dəfə, üç dəfə və qız güclə sezilən nöqtəyə çevriləndə peşmanlığı da keçdi.
Hətta Sudəyə növbəti dəfə haqsızlıq etmədiyi üçün sevindi də. Sonra asta addımlarla
yoluna davam elədi.

331
   326   327   328   329   330   331   332   333   334   335   336