Page 328 - "Yeni söz"
P. 328
nc yazarların ədəbiyyat almanaxı

Sevgi şərhi

S udə əvvəllər də Ayazdan az çəkməzdi. O vaxtlar hələ saçlarından artıq
uzanmayan dərdli günlərində toparlanmağı bacarırdı. Amma indi
Fərhad Amur münasibətləri elə bir həddəydi ki, Sudə nə edəcəyini
bilmirdi. Hər işi axsayırdı. Eyni mövzuda nə qədər mübahisə etmək olardı; Sudə hər
şeyin səbəbini Ayazın vicdansızlığında, qorxaqlığında, xroniki yalançılığında – bir sözlə,
xain sevgisində görürdü. Ayazsa (eyni həyəcanla olmasa da) hər şeyin səbəbini
qurdalayıb duran, xarakterində, sözsüz, bir də qəribə məntiqində və kaprizlərində
görüb: “Səndə də az yoxdu, saniyədə bir qərar dəyişdirirsən, ən adi şeyləri şişirdirsən,
özün də elə bil qəsdən edirsən,” – deyirdi. Heyrətdən ağzı açıla qalan Sudə aşağılayıcı
bir hisslə cavabını verir, Ayazın qarşısına yenə bir xeyli səbəb çıxarırdı. Hətta qulaq və
diş ağrılarında da onu günahlandırırdı.
Son vaxtlar o qədər seyrək görüşürdülər ki, bir-birlərinin həyatında olub-
keçənlərdən belə xəbərləri olmurdu. Bu görüşləri də bir daha görüşməyəcəklərinin
xəbərdarlığı kimi keçirdi. Üzünü qış günəşi kimi əsirgəyən Ayaz, üstəlik ondan Fransaya
səfərə hazırlaşdığını gizlədirdi. Həm də Ayaz ona bu xəbəri eşidib sarsılmaması üçün
demirdi. Deməkçün özündə güc tapammırdı. Bir növ qorxaqlığı üzündən dürüst
olammırdı. Amma susub gözləmək də düzgün deyildi. Sudə gec-tez bundan xəbər
tutacaqdı və bu, Ayazçün daha xoşagəlməz nəticələr verəcəkdi. Doğrudan da, Ayaz
qərar verənə kimi aldığı xəbər, altıncı hissinin onsuz da dinclik vermədiyi Sudənin
canına od saldı, gözləri qaraldı. Hətta səfərin qısa müddətlik olması da onu sakitləşdirə
bilmədi.
Xəbəri alan kimi, Sudə başılovlu zəng vurub:
– Sadəcə inana bilmirəm, – dedi, – vəziyyətdən istifadə edib hər şeyi xəlvət
edirsən? Doğrudanmı əvvəlkilər sənə dərs olmayıb? Mənsə uşaq kimi ən mənasız şeyi
də sənə deyirəm, niyə sən?...
Bu yerdə doluxsunub telefonu söndürdü. Ardını mesajla yazdı: “Nəsə, cəhənnəm
olsun, uje iki aydı görüşmürük biz. Həmişə də sən atkaz eliyirsən, elə bil söz vermisən
özünə. Hər halda, məni görməkdə sənə xoş olan heç nə yoxdusa, niyə də görüşək”.
Ayaz qayıdanda mütləq görüşəcəklərini yazıb onu sakitləşdirməyə çalışanda cavabı
belə oldu: “Rədd ol, alçaq, istəsən də, görmək imkanın olmasın, tüpürüm sənə də,
səninlə olan hər seyə də”.

328
   323   324   325   326   327   328   329   330   331   332   333