Page 324 - "Yeni söz"
P. 324
nc yazarların ədəbiyyat almanaxı

– Öz günahımdı. Bilirəm, qanadlı inək məni cəzalandırmaq üçün kiçildib. Mən
peşmanam, əvvəlki kimi olmaq, evimə qayıtmaq istəyirəm.

Qarışqa:
– Qanadlı inək səni niyə cəzalandırıb ki?
Mö:
– Buzovları yedizdirmək, Telli nənəyə pendir üçün süd vermək istəmirdim. Hələ bir
nənəni də təpiklə vurub yerə yıxdım. Qanadlı inəyin də mənə acığı tutdu.
Qarışqa:
– Elə bu? Sənin hazır evin, yeməyin var. Biz isə yuvamızı özümüz düzəldirik. Hələ
bütün yayı işləyib qış üçün azuqə də toplayırıq. Heç şikayət də etmirik. Bizimlə yaşamaq
istəyirsən?
Mö:
– Yox, yox, nə danışırsan. Mən yemək axtara bilmərəm! Mən heç yuva da qura
bilmərəm. Bu axı asan iş deyil!
Qarışqa:
– Bəs onda sən nə istəyirsən? Nədən şikayət edirsən? Öz rahat həyatını da
bəyənmirsən, bizim çətin həyatımızı da! Biz çox zəhmət çəkirik, amma mən heç də
böyüyüb sənin evində yaşamaq istəməzdim. Hərənin öz yeri, öz işi var. Sən buzovlara
süd verməlisən. Sən olmasan, Telli nənə pendiri necə hazırlayacaq?! Niyə tək özünü
düşünürsən?
Elə Telli nənə də bütün günü Mönü axtarırdı. Dana qəzəblənmişdi, buzovlar ac
qalmışdı. Telli nənə pendir tuta bilmiridi.
Qanadlı inəyin Möyə yazığı gəldi. O, əmin idi ki, bu hadisə ona böyük dərs oldu.
Qəfildən külək əsməyə başladı. Qarışqa da, Mö də üşüdü. Mö gözlərinə toz
dolmasın deyə gözlərini yumdu. Gözlərini açanda nə görsə yaxşıdı. Gördü ki, o qədər
böyüyüb ki, daha qarışqanı görə bilmir. Qarışqa da tez qaçıb canını qurtardı ki, Mö
onu ayağı ilə basıb əzməsin.
Mö kəndə tərəf boylandı. Tövləsi, buzovları görünürdü. Sevinə-sevinə:
– Mö, mö....mö.....möööööööö...
Evə doğru yol aldı...
Nağıl burada bitdi, nağılçı evə getdi. Getdi sözlər əkməyə, yeni nağıl biçməyə.

324
   319   320   321   322   323   324   325   326   327   328   329