Page 323 - "Yeni söz"
P. 323
Şəhla: Əfsanə Laçın. Nağıl-hekayətlər
– Unu nə edəcəksən?
Dəyirmançı:
– Çörəkçiyə verəcəm.
Şəhla:
– Çörəkçi kimdi?
Dəyirmançı:
– Sənin nənən.
Dəyirmançı sözünü bitirər-bitirməz Şəhla evə döndü. Artıq nənəsi təndirə çörək
yapırdı.

“Mö”nün nağılı

Aylar keçir, il dolanır, sehrli sözlər yaranır. Bu sözlərdən ən gözəlin seçərəm, sizə
nağıl biçərəm.

Mö adlı bir inək var idi. O, yamyaşıl kənddə, Telli nənənin tövləsində üç buzov və
dana ilə birgə yaşayırdı. Günü yeyib-içib, çəmənlikdə gəzməklə keçirdi. Yalnız iki işi var
idi. Biri hər gün buzovları əmizdirmək idi. Günaşırı isə Telli nənə pendir hazırlamaq
üçün süd sağırdı. Mö tənbəllik edir, bu işləri də görmək istəmirdi. Düşünürdü, kaş tək
yaşayaydım, hara istəsəm, ora gedərdim.

Bir gün Mö o qədər qəzəbləndi ki, Telli nənə süd sağanda onu dal ayağı ilə təpikləyib
yerə yıxdı. Nənə süd vedrəsini də götürüb birtəhər ayağa qalxaraq axsaya-axsaya evə
sarı getdi.

Sən demə, “Qanadlı inək” səmadan bütün olub-bitənləri izləyirmiş. O, Mönü
cəzalandırmaq qərarına gəldi.

Mö səhər yuxudan oyananda gördü ki, buzovlar böyüyüb inək olub. Özü isə o qədər
kiçilib ki, heç buzov boyda da deyil. Tövlədən çıxıb çəmənliyə tərəf qaçdı. Bir aşırıma
mədəsinə endirdiyi otlar ağac boyda olmuşdu.

Birdən qarşısına qarışqa çıxdı. Mö boyda-buxunda, ondan seçilmirdi. O ağlamağa
başladı: mo, mu, mo, mu.......mo.......mu...

Qarışqa da heyrətdən yerində donub-qalmışdı. Axı ömründə bu balacalıqda inək
görməmişdi.

Qarışqa:
– Sən niyə beləsən? Bu boyda da inək olar?
Mö:

323
   318   319   320   321   322   323   324   325   326   327   328