Page 320 - "Yeni söz"
P. 320
nc yazarların ədəbiyyat almanaxı

Nağıl-hekayətlər

Yeməli çilçıraqlar

C avidgilin bağının dörd tərəfinə hündür hasar çəkilmişdi. Tənək ağacı isə
başının üstünü tavan kimi örtmüşdü. Tənəkdən üzüm salxımları
sallanırdı. Üstündən o qədər üzüm sallanırdi ki, Cavid onları tavandan
asılmış çilçıraqlara oxşadırdı.
Cavid çox balaca idi. İki yaşı ola, ya olmaya. Bir gün Cavid hava alsın deyə anası
onu uşaq arabasında bağçaya çıxartmışdı. Özü isə mətbəxdə xörək bişirirdi. Hərdən
pəncərədən boylanıb Cavidə baxırdı. O isə çox darıxırdı. Axı heç kim onunla oynamırdı.
Sakitcə uzanıb gözünü üzümlərə zilləmişdi.
Tənək Cavidin darıxdığını görüb onunla söhbət etməyə başladı:
– Salam, balaca.
Cavid sevincindən əl-qol atırdı. O, əlini yellədi. Tənək anladı. Cavid ondan soruşdu:
– Sən kimsən?
Tənək:
– Mənim adım Tənəkdir. Tənək ağacı.
Cavid əlini yenə yellədi.
Tənək:
– Bunlar yarpaqlarım, bunlar isə meyvələrimdi.
Cavid əlini üzümlərə toxundurmaq istədi, amma əli çatmadı.
Tənək:
– Meyvələrimin adı üzümdür.
Cavid:
– Sən heç ağaca oxşamırsan. Bir bax o biri meyvə ağaclarına, gör ayaq üstə necə
durublar. Həm də cavandırlar, kökdürlər. Sən isə arıqsan, qocasan. Bütün bağa
sarılmısan. Güclə dayanırsan.
Tənək:
– Bəs elə buna görə də mənə tənək deyirlər. Məni hansı bağban əksə, gərək ya bir
ağaca, ya da bir divara tən əksin ki, mən də ona sarılıb pöhrə verim. Yoxsa mən bu əyri
belimlə, çətin ki, ayaq üstə dura biləm.
Cavid:
– Amma meyvələrin gözəldi, lap çilçırağa bənzəyir. Anamın belə sırğaları da var.
Tənək:

320
   315   316   317   318   319   320   321   322   323   324   325