Page 316 - "Yeni söz"
P. 316
nc yazarların ədəbiyyat almanaxı

Dilbər qolunu itin dişlərindən sıyırıb çıxartdı. Sağ ayağımın altında möhkəmcə
saxladığım itin başından, əlimdəki bellə vurmaq istəyirəm. Birdən...

– Dilbər, sənin qolundan güclü qan axır. İt damarını zədələyib?
Onun rəngi saralıb. Halsızdır, ayaq üstə güclə durur.
– Bilmirəm, Elçin.
Əlimdəki beli, itə fikir vermədən kənara atıram. Qorxu… Bu, çox pisdir… O, qanax-
madan ölə bilər? İt ayağımın altından asanlıqla sıyrılıb qaçdı. Qəribədir, it niyə mənə
cummadı?
Mən Dilbərə demişdim, itdən özünü qorusun, ehtiyatlı olsun. O isə məni
eşitmədi. Bəlkə də, ömrümdə ilk dəfə səhər yemək yeyəcəkdim. Masanın arxasında
Dilbərin atası (Ona hamımız əmi deyirdik), qardaşı və mən səhər yeməyi üçün
oturmuşduq. Onlar mənim yuxudan oyanmağımı gözləyərək, səhər yeməyini
gecikdirmişdilər. Teymurun arvadı həyəti süpürürdü. Dilbərin harda olduğunu bilmirdim.
O, məni yuxudan oyadıb, bir neçə dəqiqəlik söhbətdən sonra otaqdan çıxmışdı. Biz
səs eşitdik. Əlimdəki, hələ bir qurtum da olsun içmədiyim çaya ötəri nəzər salıb, səsin
hardan gəldiyinə qulaq verdim. – Uşaq səsidir? – Kimsə qışqırırdı. Sonra Dilbərin atası,
Teymurun arvadına səslənəndə, anladım. Axı mən ona demişdim, itdən özünü qorusun.
Bunu öz-özümə dediyim vaxtda, Teymurun həyat yoldaşı “it” deyib qışqıranda eyvandan
tullanıb səs gələn tərəfə qaçdım. Hay-küy salıb iti qorxutmaq istəyirdim, amma it
Dilbəri altına alaraq qolunu gəmirirdi. Mən Dilbərin qolundan axan qanı görüb iti
boşladım. İt cəmi 10 metr uzaqlaşa bildi bizdən. Bir neçə ev kənarda yaşayan qonşu
təsadüfən tüfənglə həyətə girərək ilk atəşdəcə iti vurdu. O, tüfəngi Teymura gətirmişdi,
gecələr qapıya dadanan canavarı, çaqqalı öldürmək üçün.

***
7 avqust 2010-cu il.
– Həkim, o sağalacaq?
– Dəqiq bir söz deyə bilmərəm. Qanını əkmişik. Xəstənin vəziyyəti elə də yaxşı
deyil. Sağ gözünün qıyılmasından bizə məlum olur ki, quduzluq çöpləri öz işini görür.
Bu, çox qəribə xəstəlikdir. Quduzluq çöpləri insanın beyin ölümünə səbəb olur. Ürəyi
sağlamdır. Amma bizi təəccübləndirən əsas məsələ, xəstənin işıqdan və sudan
qorxmamasıdır. Adətən belə xəstələr, depressiyaya düşərək işıqdan və sudan qorxurlar.
Bu xanımda isə belə bir halla qarşılaşmadıq. O, çox rahatlıqla su içdi, işıqdan narahat
olduğunu bildirmədi. Sabah səhər on birə kimi yaşasa, xəstəliyin alt qatını biləcəyik.
Qanəkmənin nəticələri sabah səhər məlum olacaq.

316
   311   312   313   314   315   316   317   318   319   320   321