Page 315 - "Yeni söz"
P. 315
*** Elçin Aslangil. Quduz it
“Ya Məhəmməd, de ona! De ki, Allah bilir!”
– Ana, biz bu gün bacımgilə qonaq gedəcəyik.
– Hava qızmamış gedin. Bir az pomidor da yığ, apar.
– Yaxşı, indi düşüb yığaram.
– Elçini oyatdın?
– Hə. Amma hələ eşələnəcək yataqda, beş-on dəqiqəyə qalxar.
– Bu, pis əlamətdir…
– Niyə, nə olub?
– Ağaca bax.
– Nə var ağacda?
– Bayquşu görmürsən?
– Hə, gördüm. Bu, gecə də burda idi, səsini eşitdim. Elçin də bayquşun səsini
eşitdi. Mən də pis əlamət olduğunu dedim.
– Səhərçağı bu bayquşun burda nə işi var? – Allah xeyir eləsin.
Sonralar Dilbər deyirdi: “Həyətə düşdüm. Evin yanından vedrəni götürüb, əkin
sahəsinə yollandım. İt görünmürdü. Fikirliydim, nar ağacının budağı az qala gözümə
girəcəkdi. Gözümün üstünə batdı. Yerə çöməlib, göynərtisindən təxminən beş dəqiqə
zarıdım. İt yox idi. Əkinlikdən pomidor yığıb evə gələndə, iti bağın ayağındakı qopalaq-
dan içəri girən gördüm, sudan gəlirdi, islanmışdı. Məni görüb üstümə cumdu”.
(Səhərüzü təxminən saat 6:00-da, Teymur əkin sahəsini sulamaq üçün arxa qapıdan
su başına çıxır. Əkinə su açıb evə qayıdanda, bağın çölə açılan qopalağını bağlamağı
unudur. İt gecələr çöldə olurdu. Teymur su açdığı beli evin həyəti ilə əkin sahəsinin
arakəsmə çəpərinə söykəyir.)
– İt… İiiiiit! – yubanmaq olmaz. Elə birbaşa eyvandan tullanmaq lazımdır. Var
gücümlə qaçmalıyam,.. Çəpərin dibində bel var. Çatan kimi belin tini ilə itin başını
üzdürəcəm. Qışqırım, bəlkə, səsimdən qorxdu – rədd ol iiiit, iiiit, iiiiiiiiit!
Beli itin hulqumuna sıxmışam. Sağ ayağımla itin belindən basıram və – Dilbər, qolunu
ehmalca itin ağzından çəkib çıxaaaart! Bir az tez! Kömək ediiiiiin! Teymuuuur! Əmiiiiii!
– Elçin, qorxma, mən yaxşıyam.
O, çox sakitdir. Amma gözlərindəki yorğunluq məni düşündürür. Yəqin ki, ağrıdır...
– Hə, yaxşı, mən qorxmuram. Sən qolunu itin ağzından al, oldu?
– Yaxşı.

315
   310   311   312   313   314   315   316   317   318   319   320