Page 312 - "Yeni söz"
P. 312
nc yazarların ədəbiyyat almanaxı

Quduz it

(Bu mənim hekayəmdir)

12 iyul. 2010-cu il.

G özlərimi azacıq açdım, otağın qaranlığından başqa bir şey görməyib, yenə
yuxuladım.
– Və bunu da bilin ki, Allah heç kəsə qaldıra bilməyəcəyindən ağır yük, çəkə
bilməyəcəyindən artıq dərd verməz. Yaxın gəl Elçin, sən də otur, qulaq as.
İri sütunların kölgəsində daldalanan üzlərin heç birini tanımıram, elə danışan
adamı da. Ancaq buranın məscid olduğuna əminəm.
– Dostum, aç o qarşındakı kitabı.
Bu kitab Qurandır, bir neçə dəfə tərcüməsini oxumuşam.
– Aç, oxu!
– Hökmən, yaa Rəbb!
– Hökmən, yaa Rəbb! – nə deməkdir bilirsən?
– Deyəsən, bilirəm...
– Nə?
– Rəbb... Yəni, Allah tək...
– Bəli, Allah tək varlıqdır, şəriksizdir!

***
– Elçiiin! Elçin, artıq səhər açılıb, gecikə bilərik, bəsdir yatdın.
– Hökmən, yaa Rəbb. – Bu nə deməkdir?
– Sabahın xeyir. Allah tək varlıqdır, şəriksizdir. Nə olub ki?
– Yuxuda dedilər mənə. Bəlkə, getməyək?
– Vallah, atama söz vermişəm. Qalx, tənbəllik eləmə. Əl-üzünü yu, əynini geyin,
artıq saat doqquzdur.
– Yaxşı.
– Əmi, bir az əvvəl bağı gəzirdim, it arxamca düşdü, ayaq izlərimi iyləməyə
başladı. Bax, düz evin tininə qədər gəldi arxamca. İtin gözləri də qızarıb.
– Allah qorusun, bu istilər bizi öldürməsə yaxşıdır. Heyvan istidən əziyyət çəkir,
tez-tez özünü arx-bərəyə vurur, yəqin, suya girməkdən itin gözünə qan damıb.
– Dilbər hardadır?
– Evin o biri üzünə keç, sənə kətə bişirir.

312
   307   308   309   310   311   312   313   314   315   316   317