Page 313 - "Yeni söz"
P. 313
– O, kətə də bişirə bilir? Elçin Aslangil. Quduz it
– Mən sənə qızı verəndə dedim axı ki, bacarıqlıdır. Düzdanışan kişilərdənəm.
– Əmi, mən şair adamam. Düzdanışan düzləri gəzdim qızını almamışdan qabaq.
Qaratikandan tutmuş yulğuna, yovşana qədər dil açıb dedilər – əmin kişi adamdı.
– Qızımı alanda da belə tərifləmişdin məni.

***
“Yaa Məhəmməd, de ona! De ki, Allah bilir!”
Nəyə görə dəniz sularının üstündə bərq vuran ayın ziyası, onun durduğu yerə
qədərdir? Üzünü görmək də olmur. Məhəmməd Allahın bildiyini deməlidir mənə? Bəs
yaxşı, bütün müqəddəslər nə üçün həmişə hamının gözünə eyni cür, ağ geyimdə
görsənirlər?

***
– Yuxu görən gözlərindən öpüm, yoxsa pörtmüş yanaqlarından?
– Dilbər, yenə yuxu gördüm...
– Sən namaz qılmalısan. Mən deyirəm, mən eşidirəm. Quranı neçə dəfə oxumuş
adamsan, qəlbini Allaha aç.
– Mənim yerimə namazı mələklər qılır, mən pak və təmizəm. Həm də sənə
demişəm axı, şairlər yarıpeyğəmbərdir. – O güldü, mən də güldüm – Həyətə düşəndə
itdən özünü qoru.
– O it mənim itimdir. Onu bu qapıya mən gətirmişəm, mən böyütmüşəm. İtə heç
nə olmayıb.

***
13 iyul 2010-cu il.

– Elçin, yaxşı bir qoşalülə rastına çıxsa, mənə xəbər et.
– Teymur, mənimki qələmdir, qoşalülə mənlik deyil.
– Qapıya çaqqal-çuqqal dadanıb. Qonşuya demişəm, bu gün gətirəsidir tüfəngini.
Gecə düşən kimi çiynimə atıb, keçəcəm bağın ayağına. Tülküdən, çaqqaldan, canavardan,
hansını vursam, o birilərin də ayağı kəsiləcək.
– Gecə mən də yerə düşürəm, çaşıb məni də vurarsan.
– O qışqırtı hardan gəlir, a gəlin?
– Bu nə qışqırıqdır əmi?
– Teymur, Elçin, düşün aşağı, görün o nə səsdir?! A gəlin, o süpürgəni əlindən yerə
qoy, bir bax gör, o nə səsdir, kimdir qışqıran?!

313
   308   309   310   311   312   313   314   315   316   317   318