Page 318 - "Yeni söz"
P. 318
nc yazarların ədəbiyyat almanaxı
– Heç nə demədi. Yox, soruşmadı.
– Dünən yatanda gözüaçıq deyildi.
– Elçin, özün meyiti burdan çıxardacaqsan, yoxsa kömək çağırım?
– Nə?
– Hə.
– Hər şey qurtardı?
– Hə.
– Vəssalam?
– Hə.
– Oyanmayacaq?
– Yox.
– Öldü?
– Hə.
– Mən üşüyürəm…
– Hava elə də soyuq deyil.
– Mənə soyuqdur...
– Atanla qaynın arxanda durub, yol ver, keçib götürsünlər.
– Onlar ağlayır, mən ağlamıram. Özüm götürəcəm.
– Yaxşı.
– Dişlərim qırılacaq...
– Sakit ol, özünü ələ al.
– Siz, bir-birinə dəyən dişlərimin səsini eşidirsiniz?
– Eşidirəm. Ağlamağa çalış, özünü sıxma.
– Dilbər demişdi ağlamayım...
Və mən onu özüm götürdüm. Cansız deyildi. Bəlkə də, üzündəki təbəssüm idi onu
canlandıran, ölüykən diri edən. Ən qəribəsi isə, mən də gülümsəyirdim...
318