Page 317 - "Yeni söz"
P. 317
– Əgər mənim gəlinimi bu xəstəliyin caynağından qurtara bilsəniz, bu dünyada Elçin Aslangil. Quduz it
istəyib əldə etmədiyiniz hər şeyi əldə edəcəksiniz, sizə söz verirəm. Əlinizdən gələni
əsirgəməyin, professor.

– Belə gözəl gözləri olan qızla ilk dəfədir qarşılaşıram. Gözlərinin qəribə rəngi var.
Dünən gecə-tünd göy idi. İndi isə dəniz mavisidir. Mən çalışacam.

– Elçinin yanında belə deməyin.
– Başa düşürəm..

***
8 avqust 2010-cu il.

Göydə ulduz azdır. Bir azdan azan veriləcək. Bayaqdan xəstəxananın həyətində
dolaşan qara pişik, mənə yaxınlaşdı. Düz önümdə dayanıb. Sağ böyrüm üstə skamyada
uzanmışam, infeksiya şöbəsinin qarşısında. Görəsən, Dilbər niyə bu qədər çox yatır?
Hərdən ağzından köpük də gəlir. Mənə deyirlər ki, bu, adi yuxudur. Bu, adi yuxu deyil,
bilirəm. Hə, pişik, de görüm, Dilbər niyə bu qədər çox yatır? Sən bilirsən?

Pişik ağzını azacıq açıb, qıcanırmış kimi dişlərini göstərdi. Üzümə diqqətlə baxıb
mırıldadı.

Üç şey eyni vaxtda baş verdi – qapının açılması, pişiyin mırıldaması, azanın
başlanması. Qorxaraq uzandığım skamyadan dik atıldım. İnfeksiya şöbəsinin qapısını
açan tibb bacısı ilk olaraq məni gördü. Atamla Dilbərin qardaşı maşında yuxuya
getmişdilər.

– Siz, xəstənin həyat yoldaşı, zəhmət olmazsa, gəlin.
Dəhlizdə dizlərim əsə-əsə qaçdım, Dilbərin yatdığı palataya doğru. Bu palata bir
gün bundan əvvəl çox gözəl idi. Yeni yazdığım şeirlərdən birini, Dilbərə və onun
gözəlliyinin işığına yığışmış tibb bacılarına söyləmişdim. Bəyənmişdilər. Bu dəhlizin
uzunluğu iyirmi metrdən çox olmaz. Amma Dilbərə çatmaq üçün yol çox uzun oldu.
– Bəli, tibb bacısı, eşidirəm sizi.
– Heç nə.
– Necə yəni heç nə? Dilbərin gözləri açıqdır, nə vaxt oyanıb yuxudan?
– Oyanmayıb.
– Gözüaçıq yatır?
– Yox.
– O, sizə nəsə dedi? Məni soruşmadı ki?

317
   312   313   314   315   316   317   318   319   320   321   322