Page 321 - "Yeni söz"
P. 321
– Sən mənim belə qoca olmağıma baxma, çox faydalıyam. Yarpaqlarımdan dolma Əfsanə Laçın. Nağıl-hekayətlər
bükürlər. Yarpaq dolmasını sevməyən adam tapılmaz. Meyvələrimi isə həm yeyirlər,
həm şərab çəkirlər, həm də qurudub kişmiş hazırlayırlar.

Cavid:
– Anam sənin yarpaqlarıni tez-tez yığıb mətbəxə aparır. Deməli, dolma bişirir.
Tənək özünü öyməyə davam etmək istəyirdi, amma Cavid artıq mışıl-mışıl yatırdı.
Anası balaca oğlunun yatdığını görən kimi gəlib onu evə apardı.

Yağış

Şabalıd və Qonur ting əkmişdilər. Tezliklə böyüyüb ağac olmasını istəyirdilər. Bunun
üçün onu sulamaq lazım idi. Amma bulud tingin başı üstündə dayansa da, yağış olub
yağmırdı. Dostlar buludu iynə ilə deşmək qərarına gəldilər. Ha hoppandılar,
hoppandılar, əlləri çatmadı.

Şabalıd:
– Yaxşısı budur, zürafəyə məktub yazaq. Təcili gəlib bizə kömək etsin.
Qonur:
– Mən razı. Elə bu dəqiqə yazaram:
Əziz zürafə, özünü bizə yetir.

İmza: dostların Şabalıd və Qonur

Məktubu bitirdi. Quş düzəldib uçurdu. Kağız quş düz Afrikaya – zürafənin evinə
düşdü. Heç iki gün keçmədi ki, zürafə dostlarının köməyinə gəldi. Buludu burnu ilə
deşdi. Yağış yağmağa başladı. Dostlar çox sevinirdi.

Günlər keçir, ting yavaş-yavaş böyüyürdü...

Balaca qızcığaz və balaca sərçə

Sərçə, balasını yuvada qoyub, yem dalınca getdi. Sərçə balası çör-çöpdən
düzəlmiş yuvada tək qaldı. Birdən bərk külək əsdi, sərçə balasını yuvadan yerə saldı.
O uça bilmirdi. Axı o, bunun üçün hələ çox balaca idi.

Sarı pişik fürsəti əldən verməyib, sərçə balasının üstünə şığıdı. Sərçə balası
özünü tələsik bir bağçaya saldı. İsti bir tərəfdən, qorxu bir tərəfdən onu əldən salmışdı.
Ürəyi elə döyünürdü ki, elə bil indi yerindən çıxacaq.

321
   316   317   318   319   320   321   322   323   324   325   326