Page 326 - "Yeni söz"
P. 326
nc yazarların ədəbiyyat almanaxı
Kolba elə fikirləşdi ki, adamlar onu evə göndərəcək, ona görə də çox sevinirdi.

Arxeoloqlar Kolbanı balaca qutunun içinə qoyub, harasa apardılar. Sığallı tək qaldı.
Sığallı Kolbanın arxasınca qışqırırdı. Kolba isə qutunun içində onu eşitmirdi.

Kolbanı böyük bir binaya gətirdilər. Bina çox gözəl idi. Orada Kolba kimi çoxlu daşlar
və başqa əşyalar var idi. Adamlar Kolbanı şüşənin içinə qoyub hər tərəfini bağladılar.
Kolba onda başa düşdü ki, onu evə aparmayacaqlar. Kolbanın yanında çoxlu daşlar olsa
da, o, Sığallı üçün darıxırdı.

Bu, muzeyin binası idi. Hər gün bura çoxlu adamlar gəlirdi. Ona görə də həmişə
səs-küy olurdu. Bütün gələnlər Kolbaya heyranlıqla baxır, şüşənin üstündən onu
sığallayırdılar. Kolba ora gələn adamlardan kiminsə onu oradan aparmasını arzulayırdı.
Amma heç kim onu başa düşmürdü. Axı daşların dili olmur.

326
   321   322   323   324   325   326   327   328   329   330   331