Page 330 - "Yeni söz"
P. 330
nc yazarların ədəbiyyat almanaxı

dərk eləmədi. Hər şey bir saniyədə oldu. Ötüb-keçmək istəyəndə, birdən dayandı və
gördüyünün fərqinə vardı. Heyrətdən gözləri böyüdü. Bu, təxminən bir ay əvvəl başqa
bir avtobusda yanaşı dayandıqları və vaxt keçdikcə yaddaşından silinməyə başlayan qız
idi. Az qala unutmuşdu. Bir az da vaxt keçsəydi tamam unudacaqdı. Amma taleyin işinə
bax, bu böyük şəhərdə o, indi burada, düz yanındaydı. Təsəvvürə gəlməyəcək dərəcədə
inanılmaz idi.

Ayazı görən kimi, görkəmindən zərifliyi qədər də utancaqlıq və zavallılıq yağan qız
bircə anda qızardı. Bir neçə saniyə çaşqınlıq içində duruxandan sonra üzünün cizgiləri
sərtləşdi. Həyəcan dolu sorğulayıcı nəzərlərində Ayazın indi də anlamadığı eyni
müəmma var idi. O, eynilə çoxdan ayrıldığı və unuda bilmədiyi sevgilisini görən qızlar
kimi baxırdı. “Tanımadığı adama niyə belə baxsın?”

Ayaz qeyri-ixtiyari əlini gödəkcəsinin döş cibinə apardı. Barmaqları seminar üçün
şeirlər yazılan kağıza toxunan kimi rahatlandı. Gözlərini qızdan çəkmədən əlini bir
müddət orda, cibinin dərinliyində saxladı. Qızın əlləriymiş kimi kağızı oxşamağa başladı.
Yenə o vaxt avtobusda əlindən tutmaq üçün etdiyi cəhdləri, buna nail olmasını, bir
müddət əlini əlində saxlaya bilməsini, hətta acgözlüklə, üstəlik gözlərini də ondan
çəkmədən özünə doğru çəkməsini, bu zaman qızın Ayazın həzzini daha da artıran yazıq
nəzərlərlə tək olmadığına işarə etməsini və.s. xatırladı. İndi o hərəkətinə görə utanaraq
özünü qınadı.

Yarı yolda Sudədən zəng gəldi. Ayaz əvvəl telefonu açmaq istəmədi, amma tez də
fikrini dəyişdi. Sol qolunu başı üzərində yarımdairə şəklində qatlayıb telefonu sağ
qulağına sıxdı. Bu cür ədalı, nümayişkaranə vəziyyəti bilərəkdən alıb, qızın gözlərinin
içinə baxa-baxa, “alo” dedi. Qısa etmək istədiyi danışığın sonunda uca səslə bildirdi ki,
“qırx dəqiqəyə yox, bir saata çatar”. Bunu daha çox qıza eşitdirirdi ki, məqsədini anlasın.
Beləcə Sudə ilə, onun təkrar-təkrar verdiyi sualları cavablandırmaq zorunda qalaraq,
həmişəki kimi zorla sağollaşıb telefonu cibinə qoydu.

Dayanacaqlardan birində qız durub öz yerini avtobusa yeni minən ortayaşlı qadına
təklif elədi. Qadın təşəkkür edib qəbul eləmədi və qol saatına işarə ilə ondan saatı
soruşdu. Qız utana-utana saatının işləmədiyini dedi və yenidən qızarıb başını aşağı
saldı. Saçları gözlərinin üstünə tökülmüşdü. Nə edəcəyinə qərar verə bilmirdi. Qız
tökülən saçlarını arxaya eləmədi. Utandığından geri, yerinə də oturmadı, qabaq qapıya
sarı getdi. Ayaz hələ gözləməyə qərar verdi. Qızın düşməyi lap qəribə oldu. Sürücü
dayanacağa çatıb sürəti azaltsa da, “Saxla” deyən olmadı deyə saxlamadı və yenidən
sürət alıb yoluna davam elədi. Bu zaman artıq dayanacağı keçmiş avtobusu bir nəfər
yolda saxlatdı. Qız da onda düşdü. Bu, qəfildən oldu. Bunu gözləməyən Ayaz yerindən
dik atıldı. Ayağını aşağıdakı pilləyə qoyub qızın ardınca yerə atıldı. Yıxılmadığına sevindi.

330
   325   326   327   328   329   330   331   332   333   334   335