Page 325 - "Yeni söz"
P. 325
Kolba Əfsanə Laçın. Nağıl-hekayətlər

Mən sizə yerdəkilərdən yox, göydəkilərdən danışacam. Daha doğrusu, kolba adlı
kometdən. Kolba anası, bacısı və qardaşları ilə bir yerdə Merkuri planetinin ətrafında
fırlanırdı. Kolba artıq belə yaşamaq istəmirdi. O, bütün günü fırlanmaqdan bezmişdi.
Çıxıb getmək istəyirdi. Həmişə aşağıya həsrətlə baxardı. Yerə düşmək istəyirdi. Bir gün
Kolba öz arzusuna çatdı. Heç özü də bilmədən dairədən ayrıldı. Yavaş-yavaş aşağıya
doğru uçurdu. Ancaq bu, asan olmadı. O, milyon il uçmalı oldu. Yerə çatanda artıq
qocalmışdı. Kolba şappıltı ilə yerə düşdü. Az qaldı ki, min yerdən parçalansın. Amma
bu, baş vermədi. O, balaca sığallı daşın yanına düşdü. Daş yuxudan ayılıb gördü ki, tək
deyil.

Kolba daşla salamlaşdı, ondan adını soruşdu. Yerdəki daşın adı Sığallı idi. Sığallı
kolba ilə dostlaşır. Sığallı, kolbadan soruşur: “Sən hardan gəlmisən? Mən əvvəllər səni
görməmişəm”.

Kolba deyir: “Mən kosmosdan gəlmişəm”.
Sığallı deyir: “A, axı niyə gəldin? Orda ki, maraqlıdır. Hamı deyir ki, kosmos sehrlidir.
Yerdəki daşların hamısı kosmosa uçmaq arzusundadır”.
Kolba deyir: “Yox, əslində elə deyil. Mənim bütün günü fırlanmaqdan ürəyim
darıxırdı. Sən heç bilirsən, mən neçə milyon il yol gəlmişəm? Mən kosmosda yaşayanda
yerə düşməyi arzulayırdım. Bir gün təsadüfən dairədən çıxdım. Dumandan, buluddan
keçdim. Ulduzları yarıb gəldim. İndi artıq qocalmışam. Bura xoşuma gəlir. Sizdə hər
tərəf yaşıldır. Burda çoxlu sular var. Ən əsası, burda heç nə fırlanmır. Mən həmişəlik
burda qalmaq istəyirəm”.
Sığallı deyir: “Hə, bura gözəldir, amma tezliklə səni sular yuyacaq, əridəcək, torpağa
qarışıb yox olacaqsan. Sən bir yol tapıb, geri qayıtmalısan!”
Kolba deyir: “Axı mən yolu tanımıram”.
Günlər keçir. Kolba ilə Sığallı bir yerdə yaşayırlar. Hər gün külək əsir. Külək onların
üstünü torpaqla örtür. İllər keçdikcə torpaq qalınlaşırdı. Kolba ilə Sığallı lap dərində
qalmışdılar. Kolba yenə də narazı idi. O, yerə düşdüyünə görə peşman idi. Evə qayıtmaq
istəyirdi. Torpağın altında qalmaq onu darıxdırırdı.
Bir gün Sığallı və Kolba səs eşitdilər. Bu, insan səsi idi. İllərlə sakitlikdən bezən daşlar
sevindilər. Sığallı hiss etdi ki, onlar yeri qazır. Nəhayət, torpağın altından çıxacaqlar.
Yeri arxeoloqlar qazırdılar. Artıq Kolba ilə Sığallı görünürdü. Arxeoloqlar Kolbanı
görən kimi onun başına yığışdılar.
Sığallı dedi: “Onlar başa düşdülər ki, sən kosmosdan gəlmisən”.

325
   320   321   322   323   324   325   326   327   328   329   330