Page 322 - "Yeni söz"
P. 322
nc yazarların ədəbiyyat almanaxı

Bağçada – çiçəklərin arasında qəşəng bir qız oturmuşdu. Elə özü də çiçəyə
bənzəyirdi. Qızcığaz acıqlı-acıqlı çəpərdən bağçaya boylanan pişiyi qovdu. Sərçə
balasının dimdiyinə su damcılatdı. Sərçə özünə gələndən sonra qızcığaz onun üçün
torpağa çörək qırıntıları səpdi. Sərçə çörək qırıntılarını dənləyib, çiçəklərin arasında
o baş-bu baş gəzməyə başladı.

Günlər beləcə keçirdi. Qızcığaz sərçəni pişikdən qoruyur, hər gün ona dən və
su verirdi. Qızcığaz artıq sərçə balasına yamanca öyrəşmişdi.

Bir səhər qızcığaz yenə bağçaya getdi. Nə qədər axtardısa da, sərçəni tapa
bilmədi. O düşünürdü ki, pişik sərçə balasını yeyib. Ona görə də çox məyus
olmuşdu. Bağçada oturub, sərçə üçün göz yaşı axıdırdı.

Qızcığazın səsini duyan bağban ona yaxınlaşdı:
– Çiçək balam, şəkər balam, niyə ağlayırsan?
– Niyə ağlamayım, ay baba, sarı pişik, gonbul pişik sərçə balasını yedi. Gərək
mən onu evimizə aparardım!
– Yox, mənim əziz balam, sərçə balasını pişik yeməyib!
– Bəs onda o hanı?!
– O, öz sərçə dostlarının yanına uçub getdi.

Qızcığaz gülümsədi, gözünün yaşını balaca totuq əlləri ilə sildi. O gündən
qızcığaz sərçə balasının yolunu gözləməyə başladı. İnanırdı ki, sərçə balası nə
vaxtsa qayıdacaq. Həmişə bağçadakı alma ağacının budaqlarına qonan sərçələr
arasında sərçə balasını axtarırdı. Ona elə gəlirdi ki, o tanımasa da, sərçə balası onu
görən kimi tanıyacaq, gəlib onun çiyninə qonacaq və...

Şəhla və kündələr

Nənə xəmir yoğurdu. Kiçik kündələr düzəldib siniyə düzdü. Üstünü süfrə ilə örtüb
təndirə odun atmağa getdi. Şəhla süfrəni qaldırıb əlini xəmirə batırdı. Vay, vay,
kündənin içinə düşdü. Kündə balaca olsa da, içi necə də böyükmüş. İçində ucsuz-
bucaqsız taxıl zəmisi varmış. Zəmidə bir traktorçu buğdaları bir yerə toplayırdı.

Şəhla:
– Buğdanı neynirsən?
Traktorçu:
– Dəyirmançıya aparıram. İstəyirsənsə, mənimlə gəl.
Şəhla traktorçu ilə birgə dəyirmana yollandı. Dəyirmançı buğdanı dəyirmanda
üyüdüb un elədi.

322
   317   318   319   320   321   322   323   324   325   326   327