Page 314 - "Yeni söz"
P. 314
nc yazarların ədəbiyyat almanaxı

(5 iyul 2010-cu il. Atam Dilbərə demişdi: Sizə getmişdim. Hamının sənə salamı var.
Səndən də salam dedim onlara. Dilbər, itinizdən gözüm su içmədi. Hürmədən üstümə
şığıdı. Deyəsən, itinizi çaqqal dalayıb.)

***
– Bu, pis əlamətdir..
– Sən dedin ki, atanın yüz yaşlı bibisi beşik asıb?
– O, beşiyi asıb dua oxudu.
– Boş şeydir, bunun heç bir xeyiri olmayacaq.
– O, öz otağından beşik asdı, sonra Qurandan bir neçə ayə oxudu və mən də o
beşiyin başına bir neçə dəfə fırlandım.
– Eləcə fırlandın?
– Başqa nə etməli idim?
– Fırlana-fırlana mahnı da oxuyaydın.
– Sən zarafat elə, Ayətəlkürsünü oxudum.
– Ayətəlkürsünün buna nə dəxli? Bəqərə surəsinin həmin ayələrində Allahın
qüdrətindən danışılır. Orda beşik haqda, uşaq haqda heç nə yoxdur.
– Mən o ayələri oxuyub Allahı zikr edərək övlad diləyirdim.
– Maraqlı ayindir. Gərək məni də çağıraydın, bir az kefim açılardı.
– Kitaba da baxdı.
– Hansı kitaba?
– Qurana.
– Başa düşmədim..
– Dedi ki, iki dənə qara it əl-ayağını gəmirir.
– Bunu Qurandan oxudu?
– Quranda elə yazılmayıb. Əvvəl dodağının altında nəsə deyir, sonra kitab açır.
Deyir, mənə əməl ediblər.
– Necə əməl?
– Nə bilim.
– Əşşi, boşla getsin. Yat.
– Səhər səni tez oyadacam yuxudan. Bacım bizi qonaq çağırıb. Hava qızmamış
gedərik.
– Yaxşı. Bu gün gördün? – Biz qapıya girən kimi it üstümüzə yüyürdü. Heç
oynaqlamadı, ikimizi də iyləyib, çıxıb getdi. İtin gözləri qan çanağıdır. Həyətə düşəndə
ehtiyatlı ol, tək düşmə.
– İtə heç nə olmayıb. Teymura da belə deyib küyləndirmə, yoxsa öldürər iti.

314
   309   310   311   312   313   314   315   316   317   318   319