Page 309 - "Yeni söz"
P. 309
– Ətin tökülsün, kişi, – abır-həya qalmayıb səndə, – Səmayə nənə deyir. Çinarə Ömray. İt oğlu
– Elə demə, arvad, qadın ayrı şeydi…
Məhəmməd əmi qəfildən şaqqanaq çəkdiyi kimi, qəfildən də daş atılmış qurbağa
gölünə döndü. Nə onun nəyə şaqqanaq çəkdiyini başa düşdüm, nə qəfildən qəm
dəryasına batmasını. İndi də hər yadıma düşəndə, özümdən asılı olmadan birinci
dodağım qaçır, sonra gəmilərim qərq olur...
Sabahı gün kəndə kino yox, Məhəmməd əminin qara xəbəri gəldi: özünü tənha
yaşadığı komanın çatısından asmışdı…
Məhəmməd əmidən sonra elə bil atam ikinci dəfə bizi atıb cəbhəyə yollandı.

***
Kəndimizdə imkanlı ailələr çox idi. İri bağları vardı. Meyvələri aşıb-daşardı. Öz
uşaqlarını qoymazdılar əllərini ağdan-qaraya vursunlar. Mənim kimi uşaqları aparıb
bağı yığdırardılar. Ağır vedrələri daşımaqdan qollarım sızlar, ovuclarım kəsik-kəsik olar,
belim qopar, ağrıdan səhərə kimi yerimdə qıvrılıb yuxuya tamarzı qalardım. Günümüzə
3 manat pul, bir-iki kilo da meyvə verərdilər. Bu, mənimçün böyük qazanc idi. Həmin
meyvəni də ucuzuna satar (birini anama saxlardım), pulunu aldığım 3 manatın üstünə
qoyub evimizə gətirərdim. Anam hər dəfəsində gətirdiyim pulu öpər, sonra da ön-
lüyünün ətəyi ilə göz yaşını silib toyuq-cücənin qapısını vurmağa çıxardı. Yaşıdlarım
sabah qonşu kəndin uşaqlarıyla oynayacağı oyunla bağlı baş sındırarkən, mən “sabah
görən neçə ağac yığa biləcəyəm, evə nə qədər pul gətirəcəyəm” kimi suallarla yuxumu
ərşə çəkirdim.
Mədəd dayının nə özü, nə də üç oğlunun heç biri döyüşə getməmişdi. Nə qədər
baş sındırsam da, səbəbini tapa bilmirdim. Bir dəfə fikirləşməkdən bezib soruşmuşdum
da.
– Mədəd dayı, niyə siz, ya da oğlanlarınız döyüşə getməmisiniz?
– Atandan öyrənmisən belə sualları?
– Yox, nəsə, maraqlı gəldi.
– Atan gedib, neynəyib? Bəlkə, Qarabağı alıb, bizə xəbər eləməyib?
– Atam həkimdir. Orda yaralıları sağaldır. Məhəmməd əmi də deyirdi ki, qalan öm-
rünü atama borcludu.
– Hə, bilirəm. Mən pulumla on dənə atan kimi həkim alıb göndərmişəm ora. Sən
bunları fikirləşmə. İşləmək fikrin var, ya yox, sən onu de.
– Əlbəttə...
– Onda sabah sübh tezdən gəl, bizim bağın meyvələrin yığ. Görürəm, ağıllı, zirək
oğlansan. Tək bacarmazsansa, dostlarından da gətirərsən, kömək edərlər. Onların da
haqqıını verərəm.
– Yox, yorulmaram. Özüm gəlib yığaram.

309
   304   305   306   307   308   309   310   311   312   313   314