Page 304 - "Yeni söz"
P. 304
nc yazarların ədəbiyyat almanaxı

görəsən, Həsənağa ilə dalaşandan sonra Xədicə müəlliməgilə getməyib ki? Yox, yox,
getməzdi.

– Nə-ə de...yirdi?
– Səni soruşdu...
– ...
– Dedi, İbrahim müəllimə borcum var, görsəydim, qaytarardım...
– ...
– Deyir, sonra xərclənib gedir, saxlaya bilmirəm...
– Hə-sə-nağa...
– Vallah, məllim...
İbrahim müəllim day heç nə demədi. Söndürdü telefonu. Yəni Xədicə müəllimə
doğrudan, o pulu qaytarmamışdı? Qaytarmışdı axı... Qaytarmamışdı?
Qaytarmamışdı.
Qaytarmamışdı?
Qaytarmışdı.
Qaytar-mamışdı?
Elə bil birdəncə dəniz daşdı, dağlar yerindən oynadı, elə bil ağaclar, adamlar
İbrahim müəllimin bağırtısına diksindilər, quşlar göydə qanad saldı, ağaclar köklü-
köməcli haya gəldi. Və İbrahim müəllim gülə-gülə, sevinə-sevinə pencəyini çıxarıb gücü
çatan qədər, gücü yetən qədər göyə atdı. Pencək haya gələn ağaclardan birinin ən
yuxarı budağına ilişib yellənə-yellənə daşan dənizə, yeriyən dağlara, diksinən adamlara
İbrahim müəllimin, Nərgiz bacının, Muradın, Məryəmin yerini nişan verdi...

304
   299   300   301   302   303   304   305   306   307   308   309