Page 306 - "Yeni söz"
P. 306
nc yazarların ədəbiyyat almanaxı

İt oğlu

– Gəl, Vaqif, gəl, qardaş, rahat ol, heç kim yoxdu. Əlim kömürlüdü, manqalı
yandırıram, sən gəl…

Qapını bağlayıb bağı dolaşa-dolaşa dostumun səsinə doğru addımladım.
Şəhərin səs-küyündən, boğanağından çıxıb bu bağa düşmək cənnət həzzi idi.
Yaşıllığa toxunduqca ruhum təzələnirdi. Alma ağacının yanına çatmışdım ki, arxamda
mırıltı eşitdim. Diksindim. Çevrilən kimi baxışlarım iri alman itinin gözüylə toqquşdu.
Qorxdummu? Bilmirəm. Amma o itin gözlərində bir anın içində qapı açıldı, oradan keçib
keçmişə yola düşdüm. “Vaqif… Vaqif…” – dostumun səsi də getdikcə uzaqlaşdı və yavaş-
yavaş öləziyib başqa, yaşlı adamın səsinə çevrildi.

***
11 yaşım var. Atalıq yükü mənim sısqa çiyinlərimə qonub. Həkim atam “Orda mənə
daha çox ehtiyac var, – deyib, cəbhəyə yollandı. – Heç kim orda döyüşənlərin ailə-
uşağından artıq deyil”. Mənə elə gəldi ki, bu anda anam da mənim kimi düşünürdü:
atam bu sözləriylə bizi güllələyib gedir. Zaman-zaman da belə xatırlayacaqdım: orda
yaralı əsgərlərin yarasını sarıdıqca, burda bizim içimizin yaralarından necə qanlar
axdığından xəbərsiz atam.

***
Kəndə film gələrdi, uşaqlar yığışıb gedərdi, filmə marağım ömrümü yeyib-bitirsə
də, gedəmməzdim, filmə verəcək pul nə gəzirdi?! Atammı, savaşmı mənim uşaqlığımı
da götürüb cəbhəyə aparmışdı. Bunu anam film gələn günlərdə tay-tuşlarımdan ayrılıb
suyu süzülə-süzülə evə dönəndə ağlamsınan gözlərimə baxa-baxa öz-özünə deyərdi,
sanki təkcə uşaqlığım yox, özüm də burda yoxdum, çıxıb cəbhəyə getmişdim; üzünü
uşaqlığımın getdiyi yollara tutub deyərdi. Anama elə inanardım ki! Ancaq anlamadığım
bir şey vardı: orda, qan-qadanın, ah-nalənin içində mənim uşaqlığım nə işə yarayırdı,
kimə lazım idi, onu niyə aparmışdılar axı…
Gözdən yayınıb böyüklərin ayaqlarının arasında özünü kluba pulsuz salan uşaqlar
vardı, məni də həvəsləndirirdilər, ancaq uşaq olsam da, qürurum qoymazdı. Necə də
olsa, “filankəs həkimin oğlu” kimi adım vardı üstümdə.
Bir gün kəndə film gətirən Məhəmməd dayı tüstüsü başının üstündən lay-lay, bu-
rula-burula çıxan papirosunun kötüyünü atmaq üçün öz tozlu köşkündən qapını
aralayıb həyətə baxanda məni klubun həyətində tək-tənha görüb yaxınlaşdı:
– Niyə qıraqda dayanmısan, balaca?

306
   301   302   303   304   305   306   307   308   309   310   311