Page 303 - "Yeni söz"
P. 303
Əvvəl ayran gəldi. Sonra ofisiant yekə boşqablarda dönəri stolun üstünə düzdü. Cavid Zeynallı. Coğrafiya müəlliminin pencəyi
Sonra getdi, gəlmədi. İbrahim müəllimin gözləməyə səbri çatmadı. Ofisiantı çağırıb lap
astadan dedi:

– Bizə çörək verirsən?
– Çörək?
– Hə də, çörək...
– Çörək ətin altındadır...
İbrahim müəllim ətrafa baxdı. Görsün ki, eşidən olmayıb? Sonra öz-özünə dedi:
“eşitsinlər də, nolacaq?” O da ofisianta baxıb gülümsədi.
Balalarının iştahayla yeməyi İbrahim müəllimi sevindirirdi. Murad ayranı başına
çəkəndə ağzı-burnu köpüklənirdi. Bizim coğrafiya müəllimi istəyirdi Muradın ağız-bur-
nunu yesin, yalasın.
Və Nərgiz bacı düz deyirdi: pencəyin pulu getdi.
Bulvara təzəcə çıxmışdılar, İbrahim müəllimə zəng gəldi. Kim olsa yaxşıdır?
Həsənağa. Ohooo. İbrahim müəllim əməllicə təəccübləndi. Həm də sevindi İbrahim
müəllim, sevindi ki, Həsənağa küsməyib, Həsənağa kin saxlayan adam deyil. Pencək
də yaddan çıxdı, pencəyin pulu da. Nərgiz bacının yol çəkən gözlərini unutdu, toba.
– Can Həsənağa...
– Məllim...
– Can məllim, Həsənağa...
– Yaxşısan?
– Əla e, əla. Nə yaxşı zəng vurdun. – İstədi desin, məni xəcalətdən qurtardın,
demədi.
– Məllim, ay məllim, sən mənim suallarıma cavab verməlisən...
– De gəlsin, Həsənağa...
– Küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
Bu tərəfdə İbrahim müəllim güldü, o tərəfdə Həsənağa. İbrahim müəllim küləkdən
də danışdı, yağışdan da, gecədən də. Həsənağa yenə soruşdu ki, bəs qar necə yağır,
dolu necə düşür? Necə olur, dənizlər daşmır, dağlar yerimir? Torpağı axıra qədər
qazsan, hara çıxar? İbrahim müəllim danışıb güldükcə, Nərgiz bacı balalarına deyirdi
ki, atanız dəli olub. Deyirdi, sonra o da qoşulurdu ərinə, gülürdü.
– Bu gün Xədicə müəlliməni görmüşəm...
– Kimi?
– Xədicə müəlliməni də.
İbrahim müəllimin içində nəsə qırıldı. Səsi getdi, gəlmədi. Ağlına ancaq bu gəldi:

303
   298   299   300   301   302   303   304   305   306   307   308