Page 298 - "Yeni söz"
P. 298
nc yazarların ədəbiyyat almanaxı

yepyekə, adam şəklində, paltarlı, əlli-ayaqlı ürək kimi döyünməyə başladı. Gülümsədi.
Elə sevinirdi, deyərdin, Muradın mövlud günüdür, deyərdin, köhnə dəyirmana su gəlib,
deyərdin... nə bilim, vallah, deyərdin də, deyərdin!

İbrahim müəllim Tümen arağını gillətdikcə Bakını xatırlayırdı. Alatavada, Xutorda,
Sovetskidə kirayə qaldığı o doğmadan doğma, o əzizdən əziz evlərdə qurduqları kasıb
tələbə məclislərini xatırlayırdı. İndi o gözəl günlər qalmışdı dağların o üzündə. Uzaq-
uzaq obalara səmt alan çayın suları yuyub aparmışdı o ballıca günləri. Onda dərdin-
qayğının üzü bu qədər əclaf deyildi, göydə günəşi, yerdə adamları sinəyə çəkmək
olurdu, ürəyə vurmaq olurdu; göydə günəşdən, yerdə adamlardan xoşbəxt olmaq
olurdu. Onda arıq, şüvərək tələbə İbrahim Muradın ayaqqabısına, Məryəmin əlcəyinə,
papağına, Nərgiz bacının yun şalına, iki ayın qəndinə, çayına, yağına, ətinə, düyüsünə,
kartof-soğanına yetən pulun dərdini-azarını çəkmirdi, çəkmirdi...

– Məllim, ay məllim, sənə noldu?
– ...
– Məllim, eşidirsən, məllim? Sən...
– ...
– Sən ağlayırsan?
...
Həsənağa coğrafiya müəlliminin çiyinlərindən yapışıb bərk-bərk özünə çəkdi,
qucaqladı İbrahim müəllimi, sonra siqaret yandırıb uzatdı ona, baş-başa verib
tüstülədəndə kor gördü, yox, İbrahim müəllim kirimir, lap uşaqlıq eləyir, lap özünü uşaq
kimi aparır. İstədi, ortalığa yüngüllük gətirsin, dedi, ay məllim, küləy nətər əsir e, yağış
nətər yağır, gecə nətər düşür?!
İbrahim müəllim birdəncə qalxdı ayağa, yapışdı korun yaxasından. Çəkdi özünə,
baxdı deşik-deşik olan bəbəyinin düz ortasına. Baxdı, baxdı, lap axırda elə bağırdı, elə
bağırdı:
– Məni ələ salıbsan, oğraaş?
İbrahim müəllimin bağırtısından daxmanın pəncərəsində oynaşan payız çiskini
diksindi, araq şüşəsinə çat düşdü.
– Məllim, burax yaxamı. Məllim...
– Dedim, məni dolayıbsan, oğraş?
– Bu nə sözdü, məllim?
– Sən götürüb gizlədibsən, hə?
Həsənağa day heç nə demədi.

298
   293   294   295   296   297   298   299   300   301   302   303