Page 296 - "Yeni söz"
P. 296
nc yazarların ədəbiyyat almanaxı

Hərçənd özündən bixəbər, özündən ixtiyarsız, dilindən nəsə çıxdı, (Ya bəlkə, İbrahim
müəllimə elə gəlirdi?) bəlkə pu-pu-l dedi, bəlkə, bo-orc, kəsdirəmmədi. Bircə onu dəqiq
bilirdi ki, bədəninə istilik gəldi, pörtdü-pörtdələndi, yerə girdi, çıxmadı. Və özünə söz
verdi: cəhənnəm olsun hər şey, iki dünya bir ola, o zəhrimara qalan borcu istəməyəcək.
Məryəmin balaca əlləri haqqı, arvadı yaşının bu çağında utandırmaq kişilikdən döyül.

Elə bu fikirlə külfəti göndərdi evə, bərk-bərk tapşırdı ki, bir daş altda, bir daş üstə:
pulun itməyindən qohum-qonşu xəbər tutmasın. Ta məktəbəcən qabağına kim çıxdısa,
hərəyə bir bəhanə dedi, hərəni bir yolla başınnan elədi.

***
Məktəb qarovulçusu onu görər-görməz sevincək oldu, uzaqdan-uzağa əl elədi ki,
gəl e, gəl, materik əzəmətli adam, yaman darıxırdım, Allah səni hardan göndərdi?
Qarovulçu kor Həsənağadır, arıq, sısqa adamın biri. İntəhası, dilli-dilavərdi, bizim
coğrafiya müəllimi həmişə deyər ki, kor Həsənağa kimi gəvəzəlik edəni heç Hindistanda
da tapa bilməzsən. Beş-on il əvvəl odun parçası gözünə girib, özü demiş, bəbəyi olub
deşik-deşik. Kor deyəndə də incimir, təki suallarına İbrahim müəllimdən cavab alsın:
– Ay məllim, küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
İbrahim müəllim həmişə deyər ki, Həsənağa küt şagird kimidir, bir şeyi çürüyü
çıxana qədər izah elə, başa düşsə, Fəratın suları mənə qənim olsun!
Müəllimi kefsiz görəndə əl-ayağa düşdü Həsənağa. Düzünə qalanda, bizim kor pis
adam deyil: ürəyi təmizdi, adamın çətin günündə əlini diri-diri odda yandırar.
– Bir yerin ağrıyır?
– Əşşi, yox...
– Nərgiz bacı ilə dalaşmısan?
– Yox e, yox...
– Hə, bə nolub? Yenə atmosferin çirklənməyinin dərdini çəkirsən?
Həsənağa gülür, nə gülür. Bu cümləni də İbrahim müəllimin dilindən əzbərləyib.
Oturub bala-bala gillədirsən, arağın lap şirin yerində bizim müəllim fikirli-fikirli qayıdır
ki, ay Həsənağa, atmosferin çirklənməyi bəşəriyyətin böyük probleminə çevrilib.
Həsənağaya ha, bizim kora deyir bunu. Kor da üz-gözünü turşudur: əşşi, qoy arağımızı
içək dəə!
– Xədicə müəllimə məndən borc almışdı, bu gün qaytardı. Aldım, qoydum cibimə,
gəldim məktəbə. Dərsimi dedim, evə qayıdanda əlimi cibimə atdım ki, uşaqlara bir şey
alım, gördüm... yoxdu, pul düşüb...
Həsənağa tutuldu, yaman tutuldu. Peşman oldu zarafatından. Gördü, İbrahim

296
   291   292   293   294   295   296   297   298   299   300   301