Page 291 - "Yeni söz"
P. 291
uq ifadəni anlaya bilmirdim. Onların duruşunda sanki yalançı bir şey vardı. Adamlar Ayxan Ayvaz. Monoton
elə bil yalnız bu günə görə belə kədərliydilər. Onlara baxanda gülməyim tutmuşdu,
amma ölüsü düşən belə şey etməz deyə dişimi-dişimə sıxmışdım. Hə, nənəmin yası da
keçdi. Mənim ən çox evdəki itə yazığım gəldi. Nənəm hər dəfə ona yal verirdi, indi itin
qarnını doyuracaq biri qalmamışdı...

Yaddaşıma bir-birinə bağlanmış görüntülər hopmuşdu: yas yeri... ağlaşanlar...
dizlərinə çırpanlar... nənəmin ölü üzü... hay-küy... yolun ortasında gözləyən it... səssiz
yerişlər... dağlar, yumru-yumru təpələr... sısqa bir at...

Saz susdu... Sürücü kaseti çıxarıb bir tərəfə atdı. İçəridəki xorultu da kəsildi. Süku-
tun içində qəfil bir hönkürtü qopdu. Adamlar silkindi, sürücü arxaya baxdı. Ağlayan
atam idi. O, heç nəyə məhəl qoymadan içini boşaldırdı. Ancaq mən onun indi, bu dar-
macalda gözünün yaşını axıtmasını anlaya bilmədim. Arxaya çevrilən sifətlərdə də küt
bir ifadə vardı. Anam, qardaşım, bacım yad adamlar kimi atama diqqət kəsilmişdilər.
Bircə anamın səsini eşitdim: “Nooldu ki?”

Atam sualın qarşısında yalnız başını qaldırıb bizə baxdı. Gözlərində heç vaxt
bitməyəcək bir yol görünürdü. Baxışındakı sözləri yanlız anam eşitdi. Başını ağır-ağır
tərpədib susdu. Qardaşımla bacıma tərəf çevriləndə onların da heç nə anlamadıqlarını
başa düşdüm. İlk dəfə içimdə uşaq olmağın əzabını çəkdim...

III
Anam kirimişdi. Eləcə dizlərinə çırpırdı. Gürcülərin ağzı gapa qızışmışdı. Bayaqdan
içəriyə hökm oxuyan sükut indi bir küncdə quyruğunu qısmışdı. Datiko hələ də divanda
uzanıqlı qalmış, susqunluğuyla adamlardan aralanmışdı.
Qapı cırıltıyla açılana qədər adamların it hürüşünü andıran səsi kəsilmədi. İçəriyə
qucağında balaca qız uşağı olan gözəl bir qadın girdi. Bu, Datikonun arvadı idi. Qadının
üzü heç nə ifadə etmirdi. Sanki tanımadığı adamın başının üstündə durmuşdu. Datiko-
nun arvadının susqunluğu, deyəsən, otağa da çökdü: qurbağa gölünə daş atdılar.
Balaca qız uşağı anasının qucağından sıyrılıb çıxdı və yavaş-yavaş Datikonun
uzandığı divana yaxınlaşdı.
– Mami, mami! 1
Datikodan cavab gəlmədi. Uşaq dayanmadan atasını səslədi. Hər dəfə Datikonu
çağıranda divanı silkələyir, saçını geriyə atırdı. Qızın gülə-gülə, xoş bir xəbər verən
adamlar sayaq divandakı ölünü səsləməsindən sonra mənə elə gəldi ki, Datiko başını
qaldırıb susmuş qonşularına, dizini döyən anama baxacaq və xırıltılı səslə: “Məni
qızımla tək buraxın,” – deyəcək.

291

1 mami (gür.) – ata
   286   287   288   289   290   291   292   293   294   295   296