Page 292 - "Yeni söz"
P. 292
nc yazarların ədəbiyyat almanaxı
– Mami, mami!
Qız cavab gəlmədiyini görüb özünü Datikonun üstünə atdı. Adamlar səksəndilər.

Bəlkə də, onlara elə gəldi ki, Datiko xəfifcə ağrı hiss elədi. Qız ikiəlli Datikonun başından
tutub silkələmək istədi, gücü çatmadı. Balaca qız yerindəcə tullanır, Datikonun əlini
havaya qaldırmağa çalışır, dayanmadan gülürdü. Elə şən, elə sevincliydi ki, adamlar
onun işdəklərinə dözməli olur, qızı oradan uzaqlaşdırmağı ağıllarına belə gətirmirdilər.
Datikonun qızı qəfil susdu. Ətrafına göz gəzdirdi. İndi o, sakitcə atasının sinəsində
oturmuşdu. Qırmızı donunda, qıvrım-qıvrım saçıyla Datikonun buz kimi soyuq,
tərpənməz görünüşünə baxırdı. Anası isə divanın yanında qızına tamaşa edir, ona mane
ola bilmirdi.

Qız axır-axırda Datikodan cavab gəlməyəcəyini anlayıb, yavaş-yavaş sürüşüb divan-
dan düşdü. Gözləri anasını axtardı. Qadın əllərini açıb onu qucağına götürmək
istəyəndə çönüb Datikoya uzun-uzun baxdı və qəfil pəncəsi üstündə dikəlib onun
üzündən öpdü.

Anası qızı qucağına aldı. Balaca adamlara göz gəzdirdi, təzədən Datikoya tərəf baxıb
qışqırdı:

– Mami, mami!
...Evdən çıxdıq. Qar güclənmişdi. Yerə ələnən qardan bir topa götürüb anama
atdım. O, gözündən axan yaşı silib güldü. Nədənsə, onun məni qucaqlayacağını zənn
etdim. Ancaq Datikonun qızına olan soyuqluğu anama da yoluxmuşdu. Onun bu halı
mənə toxundu və hiss etdim ki, ağlamaq istəyirəm...

292
   287   288   289   290   291   292   293   294   295   296   297