Page 288 - "Yeni söz"
P. 288
nc yazarların ədəbiyyat almanaxı

İçəriyə keçəndə gözümə çaxır çənləri dəydi. Divar boyu düzülən çənlər burada
yeyib-içmə havası əsdirirdi. Deməli, Datikonun ailəsi də təzə ilə hazırlaşırmış. Ancaq
evin içində köhnəliyi aradan götürən başqa heç nə görünmürdü.

Adamlar ayaq üstə, əllərini qabaqlarında çarpazlayıb divana sarı baxırdılar. Televizor
söndürülmüş, əşyalar olub-bitmiş hadisənin şahidi kimi donub durmuşdular. Evdə
nəyinsə yerində olmadığı aşkar idi. Dörd tərəfi gözdən keçirəndə o boşluğu tapdım:
pəncərə taxçasına sırayla düzülmüş dibçəklər götürülmüşdü. Adamların hamısı qara
geyinmişdi. Onlar sanki kirimişliyə toxunmamaq üçün heç tərpənmirdilər də. Bizim
gəlişimizi yalnız əşyaların susqunluğu qarşılamışdı. Anam məni qucağından düşürtdü,
keçib qıraqda durdum. Adamların gözlərindəki boşluq mənə də yoluxmuşdu: otağın
küncündə divara söykənib ətrafa tamaşa edirdim.

Gözümə pəncərədən yavaş-yavaş yerə ələnən qar dənəcikləri sataşdı. İndi
qardaşım məktəbdən gəlib qartopu oynamağa gedəcəkdi. Bir-birlərini yerə yıxıb
ağızlarına qar təpən uşaqlar gözümün qabağından keçdi. Düşündüm ki, o uşaqlar
xoşbəxtdilər, soyuğa sevinirlər.

Atam həmişə deyirdi ki, Datiko yaxşı qonşudu, hələ bir dəfə də onun kimisə
aldatdığını görməmişəm. Eyvana çıxıb siqaret çəkdiyi vaxt qonşumuzdan nəsə danışırdı:
“Datikoynan keçən dəfə söhbət edirik, deyir, siz müsəlmanlar yaman maraqlı
adamlarsız. O gün görürəm, sənin balaca oğlun çıxıb bizim məhəllənin qoluzorlu
oğlanlarının qabağına, başlayıb onları söyməyə...” O gün yaxşı yadımdaydı. Qardaşımı
gürcülər təkləmişdi. Mən nə edəcəyimi bilmədim. İstədim görməzlikdən gəlib dabana
tüpürüm. Amma qardaşımın qorxaq olduğunu xatırladım. İndi o, gürcülərin qabağında
çarəsiz qalmışdı. İri bir daş götürüb gürcülərin üstünə cumdum. Necə çığırmışam,
yadıma düşmür. Öz səsim qulaqlarımda cingildəyirdi: “Şeni dedasi...”1 Gürcülər arxaya
baxmadan qaçdılar. Qardaşım hələ də olub-bitənləri anlamadan ayağını sürüyə-sürüyə
dalımca gəlirdi. Evə çatanda qonşu pəncərədən Datikonu gördüm: gülümsünür və əliylə
mənə “əla” işarəsi göstərirdi... Sonra Datiko tez-tez bizə gəlməyə başladı. Həmişə
atama bu hadisəni danışıb möhkəm gülürdü. Onun gülməyi də çox qəribəydi: elə
bilərdin bu saat divarların suvağı töküləcək. Hərdən şaqqanaq çəkməyini görəndə
düşünürdüm ki, yəqin, Datiko ömrü boyu belə də güləcək. Bizə həmişə çaxır içməyə,
atamla şahmat oynamağa gəlirdi. Başlarının üstünü kəsdirib baxırdım. Atamla dostluğu
da çaxıra görəydi, şahmat isə bəhanəydi. Datiko qapıdan azca aralananda bunu atam
qulağıma pıçıldamışdı. “Yaman çaxır içir alçaq. Arada mən ötürürəm ki, keflənsin, oy-
naya bilməsin. Amma nə çaxırdan qalır, nə də şahmatdan. Hamısında məndən üstün
olmaq istəyir.” Belə desə də, onu sevdiyini bilirdim. Arada Datiko Rustaviyə iş dalınca

288

1 Şeni dedasi (gür.) – Sizin ananızı...
   283   284   285   286   287   288   289   290   291   292   293