Page 287 - "Yeni söz"
P. 287
MONOTON
QI Ayxan Ayvaz. Monoton
onşumuz Datikonun öldüyü gün təzə ilə hazırlıq görürdük. Evin
köhnəlmiş görkəminə əl gəzdirmiş, bildirdənqalma paltarlarımızı
dəyişdirmiş, hər şeyin xoşbəxtliklə dopdolu olduğuna inanmışdıq.
Təzə ilə az qalmış, hələ qar yağmamışdı. Amma dünən gecənin gird yarısı hava
tutaşmış, boz-bulanlıq bir görüntü qarşımızı kəsdirmişdi.
...Sonra içəriyə soyuq hücum çəkdi, öz əlimizlə yaratdığımız istilik çəkilib getdi.
Pəncərədə qar göründü. Qardaşım qarın yağmasına sevindi və xoş müjdə verən
adamlar kimi məni səslədi. Onun soyuğa sevinməyində anlaşılmazlıq vardı.
Yorğanımı üstümdən kənara atıb pəncərəyə yaxınlaşdım. Soyuq mənimlə birgə
hərəkət edirdi. Buza dönmüş əllərimi bir-birinə sürtsəm də, çarə olmur, dondurucu
hava iliyimə işləyirdi.
Obaşdan Datikonun ölümü məhəlləyə təzə yağmış qar kimi səssizcə ələndi. Özgə
vaxt gürcülər ertədən çölə-bacaya çıxır, bərkdən bir-birləriylə danışır, bizimkilərin
yatağan olmağını lağa qoyurdular.
Evdən səs-səmir gəlməyəndə anam duyuq düşdü, bir an nə edəcəyini bilmədən
soyuqdan keyimiş adamlar kimi yerində donub-qaldı. Pəncərədən çölə, ələnən qara
baxdı, sonra çönüb evin içinə göz gəzdirdi. Tələsik o biri otağa keçdi. Bir azdan onun
həmişəki kimi şux səsini eşitdim: “Gedək görək noolub”. Ağlımdan keçirtdim ki, o, bu
sözləri mənə deyil, pəncərə şüşəsinə hopmuş əksinə deyir.
Aşağı düşəndə qonşudan çığırtı qopdu. Sanki bu qışqırıq bayaqdan qapılarını
kəsdirən sükutu uzaqlaşdırmaq üçün idi.
Evin kir-pas atmış, köhnə, bükülən qocanı xatırladan görkəmi mənə kəndimizi
xatırlatdı. İndi orda da hər şey qar kimi sehrli sükuta bürünmüşdü.
Anam qapını yelli-yelli döyəndə, kiminsə pəncəsi üstündə xırda addımlarla
yaxınlaşdığını hiss etdim. Sükut o qədər dərindi ki, anamın ürəyindən keçən sözləri
eşidəcəyimi zənn etdim. Başındakı şalı düzəldib boşluğa baxan adamlar kimi tərpənməz
durmuşdu. Onun görkəminə illərcə üzünü görmədiyi hansısa doğmasının qəfil gəlişinə
şaşırmış bir ifadə hopmuşdu.
Qapı cırıltıyla açıldı, makiyajsız, üzü-gözü soluxmuş Ninanın başı eşiyə çıxdı. Anam
ağzını açmamış: “Qaço moquda”1 – dedi və cavab gözləmədən qapıdan aralandı. Anam
ehtiyatla addım atdı, elə bil nəsə deməli olduğunu anlayırdı, ancaq susmuşdu, sükutun
içində səssiz irəliləyirdi.
287
1 “Qaço moquda” (gür.) – Kişi öldü.