Page 282 - "Yeni söz"
P. 282
nc yazarların ədəbiyyat almanaxı

Keçər dövran belə qalmaz,
Ümidlər cücərər, solmaz,
Tanrı, məndən adam olmaz,
Mələk kimi qalıram mən.

Küləkdən qorxuram

Qorxuram...
Pəncərədən küləyin əsməsindən,
Hirsini-hikkəsini, yarpaqlarını soyunub,
Çılpaq qalan budaqlardan,
Bərk-bərk bürünüb gedən insanlardan...

Onunla üzləşməkdən qorxuram,
Yox-yox, o, mənim dərinə gömdüyüm,
Xatirimdən sildiyim gerçəkliklərdən xəbərsizdir...

Bir zaman ona hayqıraraq,
Ruhumu incidən sözləri çırpmışdım “üzünə”.
O sözlərlə qayıdıb məni qırmanclamasından,
Səssizlikdən eşitməyi yadırğamış,
Qulaqlarımın kar olacağından qorxuram....

Boş sellofan torbaları içində gizlənib,
Bununla var olduğunu,
Bununla məni qorxutduğunu sanır...
Yanılmır…
Mən qorxuram küləkdən...
Birdən dəli kimi əsib yolumdan uzaqlara,
Lap uzaqlara aparar məni...

282
   277   278   279   280   281   282   283   284   285   286   287