Page 278 - "Yeni söz"
P. 278
nc yazarların ədəbiyyat almanaxı

Bilməzsən, bu ömrün nəyi, nəsi var,
Gəl məni, sor məni dərd aşığından.
Nə yaxşı evlərin pəncərəsi var,
Yoxsa üşüyərdim gün işığından...

Nə bilir...

Darıxmaq nə bilir, təklik nə bilir,
Gözlərin üşüyər saata baxsan.
Bir de görərsən ki, qapın döyülür,
Bir də görərsən ki, sən evdə yoxsan.

Bu kasıb komada azı min dəfə,
Özünü gəzərsən yerini bilsən.
Tələsik qaçarsan qapı tərəfə,
Yadına düşər ki, evdə deyilsən.

Ayrılıq qoxuyar bir az havadan,
Pəncərən önünə bir az gün düşər.
Quşlar payızında yurddan-yuvadan,
Şairlər evindən didərgin düşər...

Heykəl...

Gör necə kiriyib göz-qaşı, əli,
Bu əsər önündə necə məst oldum…
Bu heykəl gözəli, bu daş gözəli,
Sevib tapınmaqdan bütpərəst oldum.

Daşlara tapındım, daş ömrü sürdüm,
Mənimtək daşlara inanan varmış.
Usta əlləriylə yonuldu, gördüm
Hər daşın içində bir insan varmış..

278
   273   274   275   276   277   278   279   280   281   282   283