Page 275 - "Yeni söz"
P. 275
safələrin şeiri... Vasif Zöhraboğlu. Şeirlər

Ən gözəl qadınlar uzaqlarındı,
Uzanır yollar da, yaxına gəlmir.
Aldana bilmirsən ayaq səsinə,
Daha kölgələr də yuxuna gəlmir.

Ən gözəl qadınlar uzaqlarındı,
İsidə bilmirsən buz əllərini.
Gəlin köçürürsən vağzalı üstə,
Divarda rəqs edən şəkillərini.

Ən gözəl qadınlar uzaqlarındı,
Uzaqlar öyrədir uzaq baxmağı.
Yox, sənə ürəyin ağrı vermirsə,
Heç nəyi dəyişmir solda olmağı.

Ən gözəl qadınlar uzaqlarındı...
Gəl hərdən, gəl həddi aşıb darıxaq.
Burda dadı yoxdur tək darıxmağın
Gəl birlikdə qoşalaşıb darıxaq.

Ən gözəl qadınlar uzaqlarındı,
Ömründən vaxt saxla qonaq olmağa.
Daha darıxmağın sonuncu günü,
Gəlirəm, mən sənə uzaq olmağa...

Mənə bel bağlama...

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Birgünlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.

275
   270   271   272   273   274   275   276   277   278   279   280