Page 270 - "Yeni söz"
P. 270
nc yazarların ədəbiyyat almanaxı

***
İnsanları dinlər yox, dillər ayırdı...
Mən öz dilimdə dedim,
Sən öz dilində eşitdin.
İnsanları dinlər yox, dillər ayırdı...
Mən öz dilimdə salamlaşdım,
Sən öz dilində sağollaşdın.

Nə atom bombası var idi onda,
Nə də gilyotini kəşf etmişdi insanlar.
Hələ ucaltmamışdı Çin səddini adamlar,
Hələ yox idi aramızda sərhədlər.

Gəmirmirdi torpağı neft buruqları,
Qusmurdu insanların üzünə torpaq qapqara neft.
Misir fironları da fironluq etmirdi hələ.
Əlimizdə rəngli parçalarla qaçmırdıq hərblərə.

Təzəcə baş açmağa başlamışdıq təbiətdən,
Təzəcə qovulmuşdu Adəm cənnətdən.
Hələ etməmişdi ən böyük səhvi insanlar,
Hələ etməmişdi ən qəddar kəşfi insanlar.

İndi kimi günahkar saymalıyıq düşüb izə,
Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?
Görəsən, kim etdi bu qəddarlığı bizə,
Görəsən, kim yaratdı, kim yaratdı ikinci dili?

270
   265   266   267   268   269   270   271   272   273   274   275